Müsəlman.az » Əqaid » İmamət » “SİDDİQUN” (SADİQLƏR) AYƏSİ

“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ

Müəllif: Maarif 8-12-2012, 11:25
 (səslər: 1)
“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ



“SİDDİQUN” (SADİQLƏR) AYƏSİ
“Hədid” surəsinin 19-cu ayəsində buyurulur:
وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاء عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ
“Allaha və Peyğəmbərinə iman gətirənlər – məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!”
“Şəvahidut-tənzil” kitabında İbn Əbi Leylinin öz atasından belə nəql etdiyi qeyd olunmuşdur: “Peyğəmbəri-əkrəm (s) buyurub:
اَلصِّدِّيقُونَ ثَلاثَةٌ: حَبِيبُ النَّجّارِ مُؤمِنُ آلِ ياسِينَ، حِزْبِيلُ (حِزْقِيلُ) مُؤمِنُ آلِ فِرْعَوْنَ، وَ عَلِىُّ بْنُ اَبِى طالِبٍ الثّالِثُ وَهُوَ اَفْضَلُهُمْ:
“Sadiqlər (düzdanışanlar) üç nəfərdir: Ali-Yasin mömini Həbib Nəccar, ali-Firon mömini Hizbil (Hizqil) və onların fəzilətlisi olan Əli ibn Əbi Talib.(“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 223, hədis: 937)”
Bu hədis Əhməd ibn Hənbəlin “Fəzailul-xəmsə”, Əbu Nəimin “Mərifətus-səhabə” və İbn Məğazilinin “Mənaqib” kitablarında da nəql olunmuşdur(“Şəvahidut-tənzil” kitabının haşiyəsi, Məhmudi, 2-ci cild, səh. 224).
“Şəvahidut-tənzil” kitabında bu məzmunda müxtəlif sənədlərlə qırx hədis nəql olunmuşdur(“Şəvahidut-tənzil”, hədis: 939-942).
Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət” kitabında bu hədisi Əbu Nəimə, İbn Məğaziliyə, Müvəffəq Xarəzmiyə və Əhməd ibn Hənbəlin “Müsnəd” kitabına istinad edərək, Əbu Leyli və Əbu Əyyub Ənsaridən nəql etmişdir.
“Kənzül-ümmal” kitabında İbn Abbasdan(“Kənzül-ümmal”, 11-ci cild, səh. 601, hədis: 32897), “Ehqaqul-həqq” kitabında silsilə sənədlərlə müxtəlif kitablardan çoxlu rəvayət nəql olunmuşdur(“Ehqaqul-həqq”, 3-cü cild, səh. 243).
Bu hədislər xilafət haqda birbaşa söz açmasa da, İslam ümməti arasında “siddiq” məqamını imam Əliyə (ə) aid edir. Bu bir fəzilətdir və başqaları ilə müqayisədə o həzrətin üstünlüyünü göstərir. Bununla da Peyğəmbərin (s) xəlifəlik məqamına Əlinin daha layiq olduğu aydınlaşır.
Bir çox rəvayətlərdə imam Əli (ə) İslam ümmətinin siddiqi kimi tanıtdırılsa da, bəzi alimlər bu ləqəbi başqalarına vermişlər. Bu ayənin təfsirində nəql olunan bir sıra rəvayətlərdə siddiqlərin səkkiz nəfər (o cümlədən imam Əli (ə) və Əbu Bəkr) olduğu göstərilir. Bu rəvayətlər Peyğəmbərdən (s) nəql olunmamışdır. Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur ki, Əli (ə) bu ümmətin siddiqidir. Bu da ayənin ümumi məfhumu ilə ziddiyyət təşkil etmir. Dəfələrlə dediyimiz kimi, belə rəvayətlər ən kamil fərdə aid olub, İslam ümməti içərisində “siddiq”in ən kamil nümunəsini, sözündə və əməlində doğru olanı, Peyğəmbərə (s) hamıdan öncə iman gətirəni, o həzrəti birinci təsdiq edən şəxsi (imam Əlini (ə)) nəzərdə tutur.
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 24.06.2013
  • Şərhlər: 10
  • Dərc olunmuş: 0
^
YAZDIĞINIZ YAZILARIN ÜZƏRİNDƏ DÜŞÜNÜN NƏİNKİ BİZƏ NƏİSƏ QADAĞAN EDİN. YA ALLAH.
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.