background img
banner

İmam Hüseyndən üç tövsiyə

Increase text size Decrease text size


قال الحسین علیه السلام: اَیُّهَا النّاسُ نافِسوا فِى المَکارِمِ وَ سارِعوا فِى المَغانِمِ وَ لا تَحتَسِبوا بِمَعروفٍ لَم تَجعَلوا.
"Ey camaat, yaxşılıqlarda bir-birinizlə rəqabət aparın, fürsətlərdən faydalanmaqdan ötrü tələsin və yerinə yetirmədiyiniz yaxşı işləri hesaba almayın". ("İrşadul-Qulub", Deyləmi, s.73)
***
1. Rəqabət proqressdir. Cəmiyyəti canlı tutur. Yaxşı işlərdə rəqabət təkcə iş icraçılarına fayda gətirmir. Cəmiyyəti də saxlayır. Yeni rəqiblər, yeni sahələr ortaya çıxır.
2. İnsan hər bir şeydə fürsət axtarmalıdır. Hər bir şeydən fayda əldə etməyə çalışmalııdr. Fayda dedikdə cibinə pul gəlməsini məqsəd güdmək nəzərdə tutulmur. Əksinə, inanclı insan xeyir və pis əməllərinin qeydə alındığına inanır. Ona görə də yaxşılıq və tövbə üçün münasib məqam axtarır.
3. Sənin yerinə yetirə bilmədiyin iş sənə aid deyil. Bununla fəxr etməzlər. İstər ata-baban yaxşı ad, karyera qazanmış olsun, istər övladın. Ya da qaçırmış olduğun fürsətlərdən yararlana bilməmisənsə, itirmisən.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-11Baxış sayı : 282