background img
banner

Kim pis iş görsə...

Increase text size Decrease text size

Bəli, kim pislik kəsb edibsə və taqsırı onu əhatə edibsə, belə ki, onlar (bu cür şəxslər) od əshabıdır və onlar orada (yəni Cəhənnəmdə) əbədi qalanlardır. (Bəqərə, 81)

بَلَىٰ مَنْ كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيئَتُهُ فَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

***

Bir insan pis iş gördükdə, günaha mürtəkib olduqda etdiyinin təsir və nəticəsi onu maddi və mənəvi baxımından əhatə edir.

Mümkün deyil ki, insan, hətta pis bir şey haqqında düşünsün, ancaq bu mənfi düşüncə onun ruhuna təsir etməsin. İndi görün bir insan qəbih iş görərsə, nə hala gələ bilər?!

Ruhunu və xaricini günah murdarlığına bulaşdıran şəxs Cəhənnəm əshabından sayılır. Yəni bu şəxsin üzərində qurtuluş nişanələri görünmür. Həmin adam üz qarasıdır.

Elə günah və pisliklər vardır ki, insanı əbədi bədbəxtlik içinə sala bilir. İnsan bu dünyada özünü çıxılmaz bataqlığa sala bilər. Məsələn, hansısa bir nadürüst əmələ görə özünü ömürlük sağalmaz xəstəliyə düçar edə bilər. Mənəvi durum da belədir. İnsan öz axirət dünyasını məhv edərək özünü yoxluğa da qərq edə bilər.

Odur ki, pis əməl etdikdə dərhal onu düzəltməyə çalışmalıyıq. Başqalarının haqqını tapdalamışıqsa, üzr istəməli və haqlarını qaytarmalıyıq. Özümüzə qarşı zülm etmişiksə, özümüzü tövbə - yəni QAYIDIŞLA - özünü islah yolu ilə düzəltməliyik.

 

Tarix : 2016-10-11Baxış sayı : 98