background img
banner

İmam Hüseynə əzadarlıq etməyin fəlsəfəsi nədir?

Increase text size Decrease text size

Sual: Lütfən, müxtəsər şəkildə İmam Hüseynə əzadarlıq saxlamağın fəlsəfə və əhəmiyyətini izah edərdiniz.

Cavab:

1. Quran dahi insanların və din dostlarının ali xüsusiyyətlərini və fəzilətlərini diri saxlamağı müxtəlif ayələrdə təkid etmişdir.

2. Əhli-Beyt tərəfdarlarının imamları Kərbəlar hadisəsini müxtəlif metodlarla diri saxlamağa təşviq ediblər. Məsələn:

a. Matəm məclisləri qurmaq;

b. Ağlamaq və ağlatmaq;

c. Şairlərin mərsiyə qoşması;

d. İmam Hüseyni ziyarət etməyə rəğbətləndirmək.

3. Məhərrəm ayı qanın qılınc üzərində qələbə çalması, zalımlarla mübarizəyə ruhlandırma ayıdır. İmam Hüseynin çağırışının dünyaya çatdırılmasında əsas rolu vardır.

4. Matəm tarix boyu millətlər üçün vəhdət amili və müvəffəqiyyət rəmzi olmuşdur. Dünyanın bir çox inqilabları Kərbəla qəhrəmanlığına diqqət göstərək oradan qaynaqlanmışdır. Buna misal olaraq dünyada baş vermiş bir çox inqilabları göstərmək olar. Buna görə də İmam Hüseynə əza saxlamağın çoxlu sayda təsirləri vardı. Məsələn: izzət və ucalıq, din və islam mədəniyyətinin bəqası və s.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-11Baxış sayı : 1607