background img
banner

Aşura gecəsinin və gününün əməlləri

Increase text size Decrease text size

Aşura gecəsinin əməlləri:

1. Bu gecə üçün rəvayətlərdə bir neçə namaz gəlmişdir ki, onlardan biri belədir:

Dörd rəkət namazdır. Hər rəkətdə “Fatihə” surəsindən sonra 50 dəfə “İxlas” surəsi oxunur. Namaz bitdikdən sonra 70 dəfə “Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbəru və la həulə və la quvvətə illa billahil-əliyyil-əzim” – oxunur.

2. Bu gecə İmam Hüseynin qəbri kənarında əhya saxlamaq

3. Dua etmək və yalvarmaq.

Aşura gününün əməlləri

1. İmam Hüseynə və Kərbəla əzadarlarına əza saxlamaq. Bu barədə İmam Rzadan belə nəql olunmuşdur ki, hər kim bu gün öz işini, çalışmağını kənara qoysa, Allah onun istəklərini yerinə yetirər. Kim bu günü hüzn və kədərlə keçirsə, Allah Qiyaməti onun xoş günü qərar verər.

2. İmam Hüseyni ziyarət etmək (Kim bacarmasa, İmam Hüseynin ziyarətnaməsini də oxuya bilər).

3. Bu gün oruc tutmaq məkruhdur (bəyənilmir). Ancaq yaxşı olar ki, oruc tutmaq niyyəti olmadan əsr namazından sonrakı müddətə qədər yemək-içmək kimi şeylərdən çəkinilsin.

4. İmam Hüseyn zəvvarlarına su paylamaq.

5. Min dəfə “İxlas” surəsini oxumaq.

7. Min dəfə “Allahumməl`ən qətələtəl-Huseyn” zikrini demək (İlahi, Hüseynin qatillərinə lənət elə!)

Tarix : 2016-10-11Baxış sayı : 2052