background img
banner

Nə üçün İmam Hüseyn əvvəlcədən su hazırlığı görmədi ki, sonradan susuz qalmasınlar?

Increase text size Decrease text size

Nəzərə almaq lazımdır ki, Kərbəla Fərat çayının yaxınlığında yerləşmir. Bəlkə də düz yolla 15 kilometrə qədər aralarında fasilə vardır. Bəli, Fərat çayından bir kiçik qol ayrılmışdır ki, onun yanından keçir. Həmin kiçik hissəyə Əlqəmə deyirlər. O kiçik qol Fərat çayından ayrıldığına görə, bəzən ona da məcazi mənada Fərat deyirlər.

Bəzi nəqllərə əsasən, İmamın əshabı Aşura axşamına qədər həmin çaydan su götürüblər, hətta bəziləri həmin su ilə qüsl də alıblar. Amma Aşura günü mühasirə daha da çətin və amansız oldu. Buna əsasən, Aşura gecəsindən sonra heç bir su yox idi.

Döyüş zamanı ən mühüm məsələlərdən biri hər iki tərəfin əlinin suya çatmasıdır. Buna görə də yerləşərkən və ordunu qurarkən bu məsələyə xüsusi diqqət göstərirlər. Belə bir strategiyanı Bədr, Siffeyn və s. döyüşlərdə də müşahidə etmək olur. Qeyd edilənləri nəzərə almaqla demək olar ki, qoşun üçün çox sayda su saxlamaq imkansız idi. Çünki yerləşdikdən sonra xüsusi imkan düşən kimi su təchizatı üçün addım atılırdı. İmam Hüseynin qoşunu da imkan daxilində su vəsaitlərini doldurmuş və su ehtiyaclarını hazırlamışdılar. Ancaq suya olan ehtiyac üzündən bir müddət sonra saxladıqları sona çatdı. Buna görə də lazım idi ki, onlar heç olmasa içmək üçün olsa belə, su götürmək üçün özlərini Əlqəməyə çatdırsınlar.

Bunu da qeyd etmək lazımdır ki, İmam Hüseynin hərəkətinin qarşını almaq üçün vəzifələndirilən Hürr ibn Yezid Riyahi həzrətin qoşununa çatdıqda, İmam Hüseyn və əshabı onlara su verdilər. Hətta atlarını da suvardılar. Amma bir neçə gün sonra həmin şəxslər İmam Hüseynin su götürməsinin qarşısını aldılar və onları mühasirəyə aldılar. Beləcə, susuz halda da şəhid oldular.

Hazırladı: F.A.

Tarix : 2016-10-12Baxış sayı : 126