
Həyat yoldaşı seçərkən hansı kriteriyalara baxmaq lazımdır?
Qeyd olunan şərtlər üstünlük ardıcıllığı ilə aşağıdakı kimidir:
- Həyat yoldaşının dini
- Həyat yoldaşının ailəsi
- Həyat yoldaşının əxlaqı
Habelə, bundan əlavə ailə həyatında ahənglik və harmoniya yaratmaq üçün bunların da təsiri az deyil: İki tərəfin arasında balansın və uyğunluğun olması üçün – savad və iqtisadi durum da öz sözünü deyir. Məsələn, ərin işləyib-işləməməsi, hansı işlə məşğul olması da önəmlidir. Belə ki, bir insanın gəlirinin az olub-olmaması ailə üçün faciə hesab olunmur. Əksinə zəhmətkeş olması daha çox diqqət olunan məsələlərdəndir. Əlbəttə, nəsil-əcabət, coğrafi mövqe də gözardı edilməməlidir. Çünki əsil-nəcabətin, irqin və müxtəlif ərazilərdə yaşamağın fərqliliyi də ailədə təsir göstərən nöqtələrdəndir.
Hazırladı: Fərid Abdullah