background img
banner

Peyğəmbər vəfat edənə qədər mütə olubmu?

Increase text size Decrease text size

Peyğəmbər vəfat edənə qədər müvəqqəti əqdin mövcud olmasına dair nəqli dəlillər mövcuddurmu?

Sual: Bilirəm ki, mütə Quran yolu ilə sübut olunmuşdur. Ancaq onu hədis yolu ilə necə sübut etmək olar? Əhli-Sünə deyir: Peyğəmbər mütəni qadağan etmişdir. Bu düzgündürmü? Biz Əhli-Beyt tərəfdarlarının etibarlı bir mənbəsi vardırmı ki, bunu sübut edək?

Cavab: Əhli-Beyt məktəbi tərəfdarlarının rəvayətlərində bu məsələ qəti məsələlərdəndir və heç bir tərəddüd yeri yoxdur. Əhli-Sünnənin bəzi rəvayətlərində də şiələrin nəzəri dəstəklənmişdir. Məsələn, “Səhihul-Buxari”də qeyd olunmuşdur ki, mütə ayəsi Allah Kitabında nazil olmuşdur və biz Peyğəmbər ilə birlikdə ona əməl edərdik. Quran onu haram etmədi. Peyğəmbər də dünyasını dəyişənədək ondan çəkindirmədi. (Bir müddət sonra) bir nəfər şəxsi rəyi və nəzəri əsasında hər nə istədi dedi.

Əhli-Sünnə mənbələrində həmin kişinin kim olduğu açıq şəkildə qeyd edilmişdir. Bundan əlavə “Səhihu Muslim”, c.4, s.130, “Müsnədu İmam Əhməd”, c.4, s.436, s.131 və s.38-ə müraciət edə bilərsiniz.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-14Baxış sayı : 88