background img
banner

Seyidlər digər adamlardan üstündürmü?

Increase text size Decrease text size

Sual: İslamda Seyid o kəsdir ki, onun nəsəbi ata yolu ilə Haşimə çatsın. Seyidşəxs başqaları ilə müqayisədə hansısa məziyyət və üstünlüyə malikdirmi?

Cavab: Hüquq baxımından seyid olanla olmayan arasında bir fərq yoxdur. Seyidlərə İslam Peyğəmbərinə xatir ehtiram olunur. Onların zəkatda heç bir payı yoxdur, bunun əvəzində isə Allahın, Peyğəmbərin və zəvil-qurbanın haqqı olan xümsdən payları vardır. Quran təlimlərinə əsasən, Peyğəmbərin yaxınları (qohum-əqrabası) ünvanında seyidlərə məhəbbət və ehtiram göstərmək lazımdır. Əlbəttə, onların tam və əsas nümunələri Əhli-Beyt imamları və Fatimə-Zəhradır.

Hazırladı: Fərid Abdullah.

Tarix : 2016-10-14Baxış sayı : 112