background img
banner

İxlas və zöhd

Increase text size Decrease text size

"... Bizdə - (Zəncanda) - İsmayıl (ə) Qurbanı yaxınlaşanda camaat bir ay, ya yarım ay öncədən qurbanlıq üçün qoçlar ayırar, buynuzuna qırmızı lent bağlayarlar. Belə günlər qəssab və mal alveri edən dəllalların kəndlərə hücum çəkdiyi günlər olur. Bu qəssab, yaxud dəllallar qapılarda qoç olduğunu görüb həyətə dönərdilər. Buynuzlarına qırmızı lent bağlandığını gördükdə bilərdilər ki, bu, İsmayıl (ə) qurbanlığına məxsusdur. Sahibinə nə qədər yalvarsam, əlavə pul da versəm satan deyil. Qırmızı şal dəllala deyirdi ki, qardaş, bu satılıq deyil, get başqa yerdə axtar. Dəllallar da artıq heçnə soruşmayıb, həyətdən çıxıb satılıq qoç axtarmağa gedərdilər. İnsan gərək bütün sevdiklərinin - (övlad, pul, maşın, mal-qara, vəzifə, ad-san, şan-şöhrət...) - boynuna "Allaha məxsusdur” qırmızısı bağlasın. Gərək ürəyin qapısına da "qurbanlıq qırmızısı" bağlayasan. Yəni Allah, Peyğəmbər, İmam və dinim nə vaxt istəsə, bunları kəsəcəyəm. Bu ürəkdə şeytan və onun dəllallarına satılası heç nə yoxdur. Əgər ürəyin qapısına belə bir qırmızı bağlaya bilsən, onda "illa ibadəkə minhumul-müxləsin" ayəsinin bir nümunəsi olacaqsan. - ("(Şeytan dedi ki,) müxləs bəndələrindən başqa hamsını azdıracağam". – “Hicr”/39-40 və “Sad”/83)...

Allah-Taala Quran-Kərimdə "müxləs" kəliməsini həm Musa, həm də Yusif peyğəmbərin (ə) barəsində demişdir..."

Quran mütərcimi və təfsir alimi Ustad Dr. Əbulfəzl Bəhrampur

Tarix : 2016-10-14Baxış sayı : 60