background img
banner

Həzrət Fatimənin (s) duası

Increase text size Decrease text size

O, həmişə gecə vaxtı otağın bir küncündə qibləyə doğru dayanmış anasının sözlərinə qulaq asırdı. O, Cümə qunutunu, anasının rüku, səscdə və qiyamını izləyirdi. Hələ uşaq idi. Anasının kişi-qadın – bütün müsəlmanlar üçün xeyir-dua etdiyini, bir-bir adlarını çəkdiyini, Uca Allahdan hər biri üçün səadət, rəhmət, yaxşılıq və bərəkət istədiyini eşidən uşaq, görəsən, anası özü üçün Allahdan nə istəyəcək deyə, maraqla gözləyirdi.

İmam Həsən (ə) o gecə səhərə qədər yatmadı. Anası Siddiqeyi-Mərziyyəni diqqətlə gözləyirdi. Anasının özü haqqında necə dua edəcəyini, Allahdan necə bir yaxşılıq və səadət istəyəcəyini görmək üçün gözləyirdi. O gecə səhər oldu. Başqaları haqqında dualar qurtardı. Fəqət İmam Həsən (ə) anasının özü üçün dua etdiyi bir kəlmə belə, eşitmədi. Səhər anasına: "Anacan, mən hər şeyə qulaq asdım, bəs nə üçün başqaları haqqında dua edib, özün üçün bir kəlmə belə, dua etmədin?!" – dedi. Şəfqətli ana cavab verdi: "Əziz balam, əvvəl qonşu sonra öz evin”. 

Tarix : 2016-10-14Baxış sayı : 112