background img
banner

Həzrət Peyğəmbərin gülümsəməsi

Increase text size Decrease text size

Bir gün Allah Rəsulu gülümsəyərək göyə baxırdı. Bir nəfər həzrətin gülümsəməsinin səbəbini soruşduqda, Allah Rəsulu belə buyurdu: “Bəli, göyə baxırdım. İki mələk – öz yerində ibadətlə məşğul olan mömin bir bəndənin gecə-gündüz etdiyi ibadətlərin mükafatını yazmaları üçün yer üzünə endilər. Ancaq xəstə olduğuna görə onu ibadət yerində tapmadılar. Buna görə də səmaya qalxıb Haqq-Taalaya belə dedilər: “Ey Rəbbimiz, biz o mömin bəndənin ibadətini yazmaq üçün həmişəki kimi onun ibadətgahına getdik. Ancaq onu orada tapa bilmədik. O, xəstə yatağına düşmüşdü”.

Allah-taala həmin mələklərin cavabında belə dedi: “O mömin bəndə xəstə yatağında olduğu müddət ərzində onun üçün – hər gün ibadətgahında olarkən ona yazdığınız hər günün savabı miqdarı qədər savab yazın. Xəstə yatağında olduğu müddət ərzində onun xeyir əməllərinin mükafatı Mənə aiddir; onun mükafatını Mən verəcəyəm”. (“Bihar”, c.22, s.83)

Tarix : 2016-10-14Baxış sayı : 175