background img
banner

Həzrət Peyğəmbərdən hədsilər (1)

Increase text size Decrease text size

Qurtuluşa çatmağın yolu

1. “Ey Allahın bəndələri, siz xəstə, aləmlərin Rəbbi isə təbib kimidir. Xəstənin faydası (sağalması) təbibin bildiyi və onunla tədbir etdiyi şeylərdədir. Nəfsinin istədiyi və özünün çıxardığı (güman etdiyi) şeylərdə deyildir. Elə isə, Allahın əmrinə təslim olun ki, qurtuluşa çatasınız”. (“Məcmuətul-Vərram”, c.2, s.117)

Müsəlmanların məsələlərilə maraqlanmaq

2. “Kim səhəri açsa, lakin müsəlmanların məsələlərilə maraqlanmazsa, onlardan deyil; kim “ey müsəlmanlar!” – deyə, fəryad edən birinin səsini eşitsə, ancaq onun köməyinə yetişməzsə, müsəlman deyil”. ("Biharul-Əncar", c.74,s.339)

Ən böyük cihad

3. Həzrət Peyğəmbər bir dəstə əshabı döyüşə göndərdi, qayıtdıqları zaman onlara belə buyurdu:

“Çox xoş gəldiniz: nə xoş kiçik cihad edib, boyunlarında böyük cihad qalan qövmə!” Soruşdular: “Ey Allahın Rəsulu, böyük cihad nədir?” Buyurdu: “Nəfslə cihad etməkdir”. (“Vəsailüş-Şiə”, c.11, s.122)

Allahın lənətinə gələn alim

4. “Ümmətimin içərisində bidətlər ortaya çıxdığı zaman alim öz elmini ortaya qoymalıdır; kim bunu etməzsə, Allahın lənəti olsun ona!” (“Üsulul-Kafi”,c.1, s.54)

Peyğəmbərin əmanətdarları

5. “Alimlər dünya işlərinə girmədikcə peyğəmbərlərin əmanətdarlarıdırlar (güvəndikləri vəkilləridirlər)”. Soruşdular: “Ey Allahın Rəsulu, dünya işlərinə girmələri necə olur?” Buyurdu: “Sultana (Tağut sayılan hakim idarəçilərə) tabe olmaları ilə olur. Bunu etsələr, dininiz baxımından onlardan çəkinin”. (“Üsulul-Kafi”, c.1, s.46)

Münafiqdən qorxuram!

6. “Mən ümmətimə görə nə mömindən qorxaram, nə də müşrikdən; möminin qarşısını imanı alar, müşriki isə küfrü yox edər. Mən sizlər üçün danışığını bilən dilli münafiqdən qorxuram; sizin bildiyinizi xoşunuza gələni söyləyər, ancaq sevmədiyinizi edər”.  (“Biharul-Ənvar”, c.2, s.110)

Zalımlara dəstək olanlar

7. “Qiyamət günü olduğu zaman bir carçı belə nida çəkər: “Zalımlar və köməkçiləri, onların mürəkkəblərini gözəlləşdirənlər, yaxud kisələrinin ağzını bağlayanlar və ya qələmlərini sivri edənlər hardadır? Onları da zalımlarla həşr edin (bir yerə yığın)”. ("Biharul-Ənvar", c.75, s.372)

Əhli-Beytə önəm

8. “Mənim Əhli-Beytimi öz aranızda bədəndəki baş və başdakı iki göz kimi qəbul edin. (Təbiətinə görə) baş gözlər olmadan yolunu tapa bilməz”. (“Füsulul-Mühimmə”, s.8; “Məcməuz-Zəvaid”, c.9, s.172)

İnsanların ən pisi

9. “İnsanların ən pisi axirətini dünyasına satan kəsdir; bundan daha pis olanı isə axirətini digərinin dünyasına satandır”. (“Biharul-Ənvar”, c.77, s.46)

Allahın dinindən çıxmaq

10. “Kim bir sultanı (güc sahibini) Allahı qəzəbləndirən bir şeylə sevindirsə, Allahın dinindən çıxmış olar”. (“Tuhəful-Uqul”, ss.107)

Tarix : 2016-10-15Baxış sayı : 184