background img
banner

Əhli-Beyt tərəfdarlarının haqq olmasına dair dəlillər

Increase text size Decrease text size

Sual: Bir dəfə mən Əhli-Sünnə vəl-Camaat nümayəndəsilə söhbət edirdim. Şeyx Qunduzinin “Yənabiul-Məvəddət” kitabından, həmçinin “Kənzül-Ummal”dan Əhli-Beyt məktəbinin ardıcıllarının haqq olduğunu təsdiqləmək üçün dəlil gətirdim. O isə deyirdi: Bu kitablar Əhli-Sünnəyə görə məqbul sayılmır. Lütfən, mənə “Yənabiul-Məvəddət”, “Kənzül-Ummal” və sair yazarların kitabları haqqında məlumat verərdiniz.

Cavab: Şeyx Mahmud Qundurzi Əhli-Sünnə alimlərindəndir və şafei məzhəbindəndir. O, “Yənabiul-Məvəddət” kitabını yazmışdır. Müttəqi Hindi də Əhli-Sünnə alimlərindəndir və “Kənzül-Ummal” kitabını yazmışdır.

Bundan əlavə, Əhli-Sünnənin digər kitabları da vardır ki, Əhli-Beytin fəzilətləri orada qeyd olunmuşdu. Əhli-Sünnə qardaşlar ya onlara diqqət etmiş, ya qəbul etməmişlər. Hətta öz nəzərlərində etibarlı sayılan elə rəvayətlət vardır ki, onları öz kitablarında qeyd etməmişlər. Məsələn, Müslim və Buxari səhih hədis üçün iki şərt qəbul ediblər. Həmin hədisə terminaloji olaraq deyilir: İki şeyxin (Buxari və Müslim) şərtinə əsasən səhihdir”. Hakim Həskani “Şəvahidut-Tənzil” kitabında bir çox istinadlı rəvayətlət nəql etmişdir ki, iki şeyxin şərtinə əsasən səhihdir. Ancaq iki şeyx onları “Səhihu Müslim” və “Səhihul-Buxari” kitabında qeyd etməyiblər. Məsələn, “Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Allahın Kitabını və itrətimi...” hədisi kimi.

Firuzabadinin “Fəzailul-Xəmsə” kitabını bir şiə yazsa da, onun rəvayətləri kamil surətdə Əhli-Sünnənin mötəbər mənbələrindən əxz olunmuşdur. Seyid Əbdülhüseyn Şərafəddinin “Əl-Müraciət” kitabı da bu cürdür. Habelə siz son zamanlarda araşdırma aparılan və Əhli-Beyt imamlarının məktəbinə tərəfdar olan doktor Səmavi Ticaninin kitablarına da müraciət edə bilərsiniz. Məsələn: “Necə hidayət oldum”, “Zikr əhlindən soruşun” və s.

 

Tarix : 2016-10-15Baxış sayı : 130