background img
banner

Hər bir işdə "inşallah" (Əgər Allah istəsə) - deyin!

Increase text size Decrease text size


عَنْ مُرَازِمِ بْنِ حَكِيمٍ قَالَ: أَمَرَ أَبُو عَبْدِ اللَّهِ ع بِكِتَابٍ فِي حَاجَةٍ فَكُتِبَ ثُمَّ عُرِضَ عَلَيْهِ وَ لَمْ يَكُنْ فِيهِ اسْتِثْنَاءٌ فَقَالَ كَيْفَ رَجَوْتُمْ أَنْ يَتِمَّ هَذَا وَ لَيْسَ فِيهِ اسْتِثْنَاءٌ انْظُرُوا كُلَ‏ مَوْضِعٍ لَا يَكُونُ فِيهِ اسْتِثْنَاءٌ فَاسْتَثْنُوا فِيهِ

Mürazim ibn Həkim deyir: Əbu Abdullah (İmam Sadiq) (əleyhissəlam) tapşırdı ki, (evdə) ehtiyac duyulan şeylər haqqında siyahı yazılsın. Bu siyahı yazıldıqdan sonra ona göstərildi. Yazıda “İstisna” (yəni "inşallah" sözü) yox idi. O dedi: "Bu ehtiyacların ödəniləcəyinə (aradan qaldırılsın) necə ümid edirsiniz, halbuki orada "İstisna" yoxdur?! Yazıya nəzər salın, “istisna” olmayan hər bir yerə "istisna" yazın!". – ("Əl-Kafi", 2/673)

Bir şeyi istisna etmək, onu ümumi qayda və ya hökmdən çıxarmaqdır Əlbəttə, hər bir işi iradəmiz və ixtiyarımızla görürük. Lakin hər bir işimizdə düşünüb-daşınmaqla yanaşı həm də Allahın istək və razılığını da nəzərə almalı və "İnşallah" deməliyik. Bununla da işlərimizin xoş aqibət və nəticəsini Allaha həvalə etmiş olacağıq. “İnşallah” (İn şa`ə Allah) – “Əgər Allah istəsə” deməkdir. Yəni mən filan işi görmək istəyirəm, İlahi, əgər Sənin də bu işə razılığın varsa, onda bu işi mənim üçün asan et!”

Tarix : 2016-10-15Baxış sayı : 71