background img
banner

Zöhd Allahı çox sevmək anlamındadır

Increase text size Decrease text size

"Zöhd" bu deyil ki, Allahdan başqasını sevməyəsən və ətrafındakı hər şeyi tərk edəsən. Allah buyurur ki, "de (ya peyğəmbər): kim, Allahın zinətlərini haram etmişdir?"

"Zöhd" budur ki, "sevgililər şəhəri olan ürək"də Allahı sevgililərin şahı etməyi bacarasan. Başqa sevgililərini "Şah"a qurban verməyi bacarasan".
Quran möminlərin tərifində buyurur: "Əşəddu hubbən lillah" – Allaha olan sevgiləri daha şiddətlidir! – Demir ki, Allahdan başqasını sevməzlər! Zöhd Allahı çox sevmək anlamındadır, digərlərini sevməmək deyil!".
Məsələn, insan "yuxu"nu sevir. Amma sübh namazı üçün yuxudan durursa, artıq bu sevgilini Allaha qurban vermişdir.

İnsan övladını sevir, amma din o övladı insandan qurbanlıq istəyirsə və insan bunu bacarırsa, o, həqiqətdə övladını deyil, "övlad sevgisi"ni qurban vermişdir. Çünki övlad Allahdan idi və Allaha da qayıtdı.

Quran mütərcimi və təfsir alimi Ustad Dr. Əbulfəzl Bəhrampur

Tarix : 2016-10-15Baxış sayı : 85