background img
banner

“Nas” surəsinin oxunuşu, kəlmə tərcüməsi və asanlaşdırılmış təfsiri.

Increase text size Decrease text size

“Nas” surəsi Quranın 114-cü surəsidir. Məkkədə nazil olmuşdur. Altı ayə, iyirmi kəlmə və səksən hərfdən ibarətdir.

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bİsmillə̃hir-rahmə̃nir-rahἶm.

Rəhman, Rəhim Allahın adı ilə!

قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ

Qul ə`ũzu birabbin-nə̃s (1)

De: Sığınıram inansanların Rəbbinə;

مَلِكِ النَّاسِ

Məlikin-nə̃s (2)

İnsanların hökmdarına;

إِلَٰهِ النَّاسِ

İlə̃hin-nə̃s (3)

İnsanların məbuduna;
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ

Min şərril-vəsvə̃sil-xannə̃s (4)

Geri çəkilən vəsvəsə edənin şərrindən:

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ

Əl-ləzἶ yuvəsvisu fἶ sudũrin-nə̃s (5)

Hansı ki, insanların sinələrində vəsvəsə edir;

مِنَ الْجِنَّةِ وَالنَّاسِ

Minəl-cinnəti vən-nə̃s. (6)

Cinlərdən və insanlardan.

Asanlaşdırılmış təfsiri:

De – ey Peyğəmbər–: İnsanların Rəbbinə sığınır və ona pənah aparıram. Tək olan Allah vəsvəsə edənin şərrini rədd etməyə qadirdir. 
İnsanların hökmdarına – onların işlərində bildiyi kimi hərəkət edən və onlardan ehtiyacsız olana sığınıram; 
Özündən başqa həqiqi bir məbud olmayan – insanların Tanrısına sığınıram  – qəflət anında vəsvəsə edən, habelə Allahı zikr edərkən yox olub itən Şeytanın əziyyət verməsindən. 
O Şeytan ki, insanların kökslərinə şəkk və tərəddüd səpməklə onları vəsvəsə edir. 
İstər cinlərdən olsun, istərsə də insanlardan.

Qeyd: Surənin oxunuşunda, yəni transkripsiyasında üzərində xətt çəkilmiş hərflər uzadılır.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-16Baxış sayı : 118