background img
banner

Quranın nəzərində Adəmin yaradılması məsələsi və təkamül

Increase text size Decrease text size

Sual: Bəzi insanlar Quranın bəzi ayələrinə əsaslanaraq təkamül nəzəriyyəsinin doğruluğuna dair dəlil gətirilər. Həmin ayələrdən biri budur: “Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O sizi mərhələlərlə yaratdı. Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi. (Belə etdi) ki, orada geniş yollarla hərəkət edəsiniz”. (“Nuh” surəsi, 13–20 ayələr) 

Cavab: Quranın ayələrinin zahiri transformizm nəzəriyyəsinə və növlərin təkamülü ilə ziddiyət təşkil edir.“Mərhələlər” ləfzinin işlədilməsi heç də bu nəzəriyyə ilə uyğun gəlməsinə dəlalət etmir. “Mərhələlər” (ətvar)ifadəsi həzrət Adəmin torpaqdan yaradılması, insanın nütfədən – və beləcə körpə halına düşənədək, daha sonra uşaqlıq, cavanlıq, qocalıq və s. müxtəlif vəziyyətləri özündə ehtiva edən mərhələləri nəzərdə tutur. Allahın ayədə“Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir” – deyə buyurması bu mənadadır ki, nəticə olaraq yerdə olan ünsürlər xüsusi şəkildə və xüsusi tərkibdə qidaların tərkib hissəsinə çevrilmiş və nəticədə nütfə halını almışdır. Siz də ondan hasil olmusunuz. Əsasən bu ayə Adəmin övladlarını nəzərdə tutmuşdur, onun özünü deyil. Çünki ayədə işlədilən “کم” (siz) əvəzliyi xitab edilənlərə yönəlik bir müraciətdir ki, Adəm və Həvva burada istisna mövqeyindədirlər. (Quranda Adəmin xilqəti ilə bağlı mətləblərin geniş açıqlamasını Əllamə Təbətəbainin “əl-Mizan” təfsiri, 1-ci cild, “Nisa” surəsinin 1-ci ayəsinin altında oxuya bilərsiniz)

            Darvin nəzəriyyəsi elmi bir fərziyyədir ki, hələlik sübuta yetirilməmişdir. Bəzən biologiya elmlərində bunun əleyhinə olan güclü dəlillər də təqdim edilir və bu sahənin bir çox alimləri bu nəzəriyyəni qəbul etməmişlər. Belə bir fərziyyəni Quranın möhkəm ayələrinə əsaslanaraq üz-üzə qoymaq və ya onu ayələrdən irəliyə keçirmək düzgün deyil.

            Mümkündür ki, alimlərin bəziləri növlərin təkamülü nəzəriyyəsinin doğru olması fərziyyəsi üçün Quranın başqa bir zahiri ayələrinə istinad etsinlər. Sözsüz ki, bu nəzərin müxtəlif baxış bucaqları vardır. Məsələn, bəziləri deyir ki, Quranda Adəm və Həvvanın yaradılışı məsələsi bir simvolik məsələdir. Başqa bir dəstə deyir ki, Darvinin nəzəriyyəsinin doğruluq fərziyəsinə görə Adəm və Həvvanın yaradılışı istisnadır. Bəziləri isə deyir ki, aşkar ayələri bu nəzəriyyə üçün tətbiq etmək olar.

Hazırladı: Fərid Abdullah

 

Tarix : 2016-10-16Baxış sayı : 356