background img
banner

İmam Zeynəlabidinin Səhifəsi Əhli-Beytin İncilidir

Increase text size Decrease text size

“Səhifeyi-Səccadiyyə” (əs-Səhifətüs-Səccadiyyə) şiə mənbələrinin ən diqqət olunası kitablarından biridir ki, İmam Səccad İslam maarifini dua və münacat şəklində təqdim etmişdir. Şəhid Məhəmmədbaqir Sədr deyir ki, “Səhifeyi-Səccadiyyə” dövrün ən böyük ictimai əməli və İmamın mövqeyi ünvanı altında tanıtdırılmalıdır. Sənədi İmam Zeynəlabidinə yetişən “Səhifeyi-Səccadiyyə” “Uxtul-Quran” (Quranın bacısı), “İncilü Əhlil-Beyt” (Əhli-Beytin İncili), “Zəburu Ali Muhəmməd” (Məhəmməd ailəsinin Zəburu), “əs-Səhifətül-kamilə” (Kamil səhifə) kimi ifadə edilmişdir. Səhifənin fəsahət və bəlağəti bunu göstərir ki, o, məsum olmayan birinin kəlamı ola bilməz. Necə ki, bir zaman Ayətullah Mərəşi Nəcəfi “Səhifeyi-Səccadiyyə”ni hədiyyə olaraq Quran müfəssiri Təntaviyə hədiyyə göndərdikdə Təntavi belə demişdir: “Bu kitabı məxluqun kəlamının fövqündə və Yaradanın kəlamının altında gördüm”.

İmam Zeynəlabidinin səadət dolu mövludu “Səhifeyi-Səccadiyyənin” anlayışlarından bəziləri üzərində ikinci dəfə düşünüb-daşınmağımız üçün bir bəhanə oldu. Buna görə də Quran və hədis elmləri universitetinin elmi heyyətinin üzvü Höccətül-islam Əhməd Qulaməli, həmçinin Qurani-Kərim elmləri və maarifi universitetinin rəhbəri Höccətül-islam vəl-müslimin Əhməd Abidinin sorağına getdik ki, “Səhifeyi-Səccadiyyə”də İmam Səccadın əxlaqına baxış, habelə bu şərafətli kitabda imamətin mövqeyinin aydın edilməsi kimi məsələlərdə axtarış aparaq. 

Höccətül-islam Əhməd Qulaməli İmam Səccadın dövrü, maarifin dua vasitəsilə çatdırılması barədə deyir: “Bu mövzular o mövzulardandır ki, həmişə ona toxunulur. Ancaq hələ də üzərində düşünülməsinə ehtiyac duyulan mövzulardan biri “Səhifeyi-Səccadiyyə”dir ki, çox təəssüflər olsun ki, ona bir dua kitabı kimi baxılmışdır və ümumilikdə onun üzərindən keçmişik. Bir halda ki, “Səhifeyi-Səccadiyyə” müxtəlif və əsas mövzular arasında diqqət məkrəzində olmalı, həmçinin cəmiyyətin bu günkü ehtiyaclarına uyğun olaraq ondan izahlar çıxarılmalıdır”.  

O, “Səhifeyi-Səccadiyə”də əxlaq mövzusunun xüsusiliyi barədə izah verir: “Bizim cameə arasında əxlaq, adətən tövsiyə xarakterli bir əxlaq adı altındadır. Yəni, məsələn tövsiyə olunur ki, yalan danışmayasınız. Biz “Səhifeyi-Səccadiyyə”ni tətbiq olunan əxlaq prizmasından diqqət obyekti etməliyik. Yəni bir görək ki, “Səhifeyi-Səccadiyyə” əsasında müxtəlif kəsimlər üçün əxlaqın ayrılmış forması kimi tətbiq edək və bu əxlaqı reallaşdıraq. Həzrət Səccad bir əxlaqi və ürfani təlim mədənini bizə keçmiş, ancaq bu mədən toxunulmamış şəkildə qalmışdır”. 

Dini ekspert deyir: “Səhifənin bir neçə duası xüsusi şəkildə əxlaqi münacata işrə edir ki, onların ən mühümü iyirminci dua olan “Məkarimül-əxlaq” duasıdır. Başdan-ayağa “Məkarimül-əxlaq” duasında görülən incə bir nöqtə budur ki, əxlaqın balans nöqtəsi haradır? Məsələn, ibadət çox yaxşıdır, ancaq mümkündür ki, bu ibadətin zədəsi ücb və qürur olsun. “Məkarimül-əxlaq” duasında həm əxlaqa, həm də mövcud olması mümkün olan zədələrə işarə olunmuşdur. 

Fikrinizə gəlmir ki, əxlaq da zədəli ola bilər. Yeri gəlmişkən, elə əxlaqın həmin yönündən zədənin bizə keçməsi mümkündür. Bir adam olduqca dindar ola bilər, ancaq eyni halda təkəbbürlü, xudpəsənd də ola bilər. Bu mövzuları İmam Səccad olduqca dəqiq formada “Məkarimül-əxlaq” duasında açıqlamışdır”.

Ustad “Səhifeyi-Səccadiyyə"nin səkkizinci duasına işarə edərək deyir: “Bu duanın ünvanı “istiazədir” (sığınmağı diləmək). İstiazə pənah aparmaq mənasındadır. Məsələn, Allaha Şeytanın şərrindən pənah aparırıq. Həzrət bu duada xoşagəlməzliklərdən və qüsurlu əxlaqdan Allaha pənah aparır. Mən bu duanın bəzi cümlələrinə işarə edirəm. Bu duanın əvvəlində deyilir: اللَّهُمَّ إِنیِّ أَعُوذُ بِکَ مِنْ هَیَجَانِ الْحِرْصِ “İlahi, mən Sənə coşqun istəyin (hirsin) həyəcanından pənah aparıram”. Biz yaşayışda ehtirasa ehtiyaclıyıq. Əgər coşqun istək olmasa, daha yaşayış üçün səy göstərilməz. Ancaq diqqət olunmalıdır ki, ehtirasın həddi aşması məzəmmət olunan həvəs (hirs) mövqeyindədir”.

Höccətül-islam Qulaməli davam edir: “Həzrət buyurur: أَوْ نَقُولَ فِی الْعِلْمِ بِغَیْرِ عِلْمٍ “Və ya elm olmadan elm barədə danışarıq” (Yəni İlahi, elmə malik olmadığımız bir yerdə bilik sərgiləməkdən sənə pənah aparırıq). Buna görə də dövrümüzdə çoxlu müşahidə edilmişdir ki, müxtəlif məsələlərdə biliyə malik olmayan kəslərlər vardır ki, buna baxmayaraq hər bir mövqedə söz danışırlar”.

Tərcümə: Fərid Abdullah

(hawzah.net saytının məlumatı əsasında)

 

Tarix : 2016-10-16Baxış sayı : 165