background img
banner

Cövşən əl-Kəbir duası səhihdirmi?!

Increase text size Decrease text size

Rəvayətə görə, Peyğəmbər (s) döyüş zamanı öz zirehinin ağırlığından əziyyət çəkdiyi üçün Həzrət Cəbrayıl (ə) nazil olaraq O Həzrətə (s) Allahın adları keçən (Əsma əl-Hüsna) uzun bir duanı öyrətdi və dedi ki, döyüşə gedərkən zireh (cövşən) geyinmək əvəzinə bu duanı oxu. Bundan əlavə bu dua üçün digər çoxlu bərəkət və faydalar da qeyd edilmişdir. 

 

Yeri gəlmişkən bunu da qeyd edim ki, keçmişdə mollaların insanlara "gülləbatmaz duası" adı ilə sırıdıqları dua məhz bu dua, yəni "Cövşən Kəbir" (Allahın 1001 adı) olmuşdur. 

"Cövşən" duası "Səğir" və "Kəbir" adı ilə dua kitablarında keçmişdir ki, "Səğir"in ilk mənbəsi Seyyid Tavusun (vf. 664 hq) və "Kəbir"in ilk mənbəsi Kəf`əminin (vf. 905 hq) dua kitablarıdır. 

Mərhum Təqiyyuddin İbrahim ibn Əli Amuli Kəf`əmi bu duanı "Əl-Bələd əl-Əmin" və Cunnətul-əmanil-vaqiyə" kitablarında sənədsiz və mürsəl olaraq rəvayət etmişdir – (və ən azı mən bu qısa arayışımda Cövşən Kəbir duasını Şeyx Tusi və Seyid Tavusun dua kitablarında tapa bilmədim...(!)). 

Amma bu duaların mətni və məzmunu çox ali maarif və tövhid dərsləri ilə zəngin olduğu, Quran və səhih hədislərin məzmunu ilə üst-üstə düşdüyü, Quran və səhih duaların mətnindən götürüldüyü və həmçinin dua rəvayətlərində mütəxəssis olan iki nəfər böyük və mötəbər alimin kitablarında və onlardan sonrakı alimlərin diqqət mərkəzdinə olduğu və kitablarında keçdiyi üçün Qədr gecələri və başqa vaxtlarda oxumağın heç bir eybi yoxdur və bəlkə savabdır və maarifləndiricidir. 

Müraciət etdiyimiz kitablar:

Seyyid Əli ibn Tavus (vf.664 hq), "Məhc əd-dəvat və mənhəc əl-ibadat", s.217-227: "Cövşən" adında dua İmam Kazimdən (ə) nəql edir ki, həmin "səğir cövşən" duasıdır. 

İbrahim ibn Əli Amuli Kəf`əmi (vf.905), "Bələd əl-Əmin vəd-dər`ul-həsin", s.326 – "Cövşən səğir" duasını mürsəl olaraq İmam Sadiqən (ə) nəql edir. Və həmin kitabın 402-ci səhifəsində "Cövşən Kəbir" duasını mürsəl olaraq Peyğəmbərdən (s) nəql edir.

İbrahim ibn Əli Amuli Kəf`əmi (vf.905), "Cunnətul-əmanil-vaqiyə"nin - ki, "əl-Misbah" adı ilə məşhurdur, 247-ci səhifəsində "Cövşən Kəbir" duasını mürsəl olaraq Peyğəmbərdən (s) nəql edir.

Bundan əlavə Əllamə Məclisi (r.ə) bu duanı Biharul-Ənvarın 91-ci cildinin, 52-ci babının 372-ci səhifəsində və "Zadul-Məad" kitabının 430-cu səhifəsində "səğir" və "kəbir" adları ilə nəql etmişdir. 

P.S: Bu dua mənbə baxımından mötəbər dua kitablarımızda gəlib, amma sənədi olmadığı üçün sənədi barədə fikir söyləmək mümkün deyil. 

Hazırladı: Mirməhəmməd Bəşir

Tarix : 2016-10-17Baxış sayı : 431