background img
banner

İmam Həsən digər xəlifələrin qoşununda olubmu?

Increase text size Decrease text size

Ərəblər İrana həmlə etdiyi zaman İmam Həsən və İmam Hüseyn həmin orduda iştirak edibmi? Bu suala qısa cavab vermək üçün belə bir analiz aparaq: heç bir şiə mənbələrində İran, Şam və Afrikanın fəthi zamanı Həsəneynin iştirak etməsi barədə söz açılmayıb. 

Ancaq bəzi əhli-sünnə mənbələrində İmam Həsən və İmam Hüseynin (İmam Əlinin xəlifəlik dövründə yox) xəlifələr zamanı fəthlərdə iştirak etməsi barədə xəbərlər mövcuddur. Biz həmin bildirişlərə göz atmaq və onları tənqid etmək istəsək, görərik ki, bu bildirişlərdən bir hissəsinin sənədi yoxdur. İş orasındadır ki, bəzi tarixçilərin tarixi faktor kimi təqdim etdikləri xəbərlərin sənədi də mötəbər deyil. Yəni bu xəbəri nəql edənin kimliyi, ya yalançı və sözquraşdıran kimi tanıtdırılmışdır, ya da həmin şəxs tərcümeyi-hal kitablarında tanınmayan və məchul şəxs kimi xarakterizə olunmuşdur. Bir dəstə tarixi sənədlərdə isə İmam Həsən və İmam Hüseynin təkcə İranda olduqlarına dair məlumat verilmiş, ancaq onların oraya hansı səbəblə getmələri, yaxud müharibə etmək səbəbilə iştirak etmələrinə dair heç bir fikir, ya işarə sərgilənməmişdir. 

Bildirilən iradlara onu əlavə edə bilərik ki, iki başqa məsələ də vardır ki, bu barədə qeyd edilən xəbərlərin doğruluğunu şübhə altına salır, hətta onları rədd etməyə ciddi arqument verir. 

Onlardan biri budur ki, iki imamın üçüncü xəlifə Osmanın dövründə ikən fəthlərdə iştirak etdikləri söylənilir. Bir halda ki, həmin dövrdə bu fəthlərlə bağlı heç bir müşavirə məclisində həzrət Əli iştirak etməmişdir. Elə isə necə ola bilər ki, belə halda öz oğlanlarını üçüncü xəlifənin fərmanı altında döyüşə göndərsin?! 

İkinci məsələ isə budur ki, İmam Əli öz imamət və xilafət dövründə Həsəneynin qüvvəsindən hətta Siffeyn döyüşündə belə istifadə etməyib. 

Nəticə budur ki, iki imamın fəthlər zamanı qoşun tərkibində olmasına dair nəql edilən məlumatların heç biri ciddi arqumentlərə söykənmir və onların yanlış olmasına dair kifayət qədər güclü dəlillər vardır.

Hazırladı: Fərid Abdullah

 

Tarix : 2016-10-17Baxış sayı : 91