
Dünya axirətin əkin yeridir
"Dünya axirətin əkin yeridir - الدنیا مزرعة الآخرة"
Qəlb = yer
İman = toxum
İtaət = yeri suvaran və toxumu göyərdən su
Məscid və elm məclisləri = təmiz və günəşli hava
Alimlər və saleh dostlarla oturub durmaq = zəhərli həşəratlara qarşı dərman
Qəlbin günah və pis əxlaqdan təmizlənməsi = yerin lazımsız bitki, tikan və daşlardan təmizlənməsi = yerin əkinə hazırlanması
Yaxşı və saleh əməllər, gözəl əxlaqa sahib olmaq = yerin şumlanması, əkilməsi və suvarılması
Qiyamət günü = biçin vaxtı
DİQQƏT: Ümid və arzu ilə yer məhsul vermədiyi kimi, ümid və arzu ilə də axirət qazanmaq olmaz. Nə əkəcəksən, onu da biçəcəksən!
"Məcmuətu rəsail fi şərhi əhadisil-Kafi", Mehdi Süleymani (çap. "Darul-hədis", 2 cild).
Hazırladı: M.Bəşir