background img
banner

Nə üçün dua edərkən əllərimizi göyə tərəf tuturuq?

Increase text size Decrease text size

Nə üçün dua edərkən üzümüzü və əllərimizi göyə tərəf tuturuq?
Bir gün İmam Əli (ə) məclisdə səhabələri üçün dinin mühüm məsələlərindən söhbət açmışdı. Bu məclisdə 400 məsələni açıqladı. İmam (ə) bu məsələləri açıqlayarkən "dua zamanı əllərimizi niyə göyə ucaldırıq?" sualını da səhabələri üçün cavablandırdı. O dedi: "... Sizdən biriniz Allah-taala qarşısında (namaz üçün) durduğunuz zaman - (sinənizi irəli verib) - belini düz saxlasın və əyilməsin. Namazı qurtardıqda isə əllərini (dua üçün sinəsinə qaldırsın və) göyə ucaltsın, düz saxlasın və çoxlu dua etsin...".
Bu zaman səhabələrdən biri soruşdu: "Nə üçün dua edərkən üzümüzü və əllərimizi səmaya tərəf tuturuq, məgər demirik Allah-taala hər yerdədir?"
İmam Əli (ə) buyurdu: "Vay olsun sənə! Məgər Quranda oxumamısan:
"وَ فِي السَّماءِ رِزْقُكُمْ وَ ماتُوعَدُونَ"
"Sizin ruziniz və sizə vədə verilənlər göydədir!"
Ruzini öz yerindən başqa hardan tələb edəcəksən?!"
("Zariyat" surəsi, ayə: 22-23);
Mənbə: "Tuhəful-üqul", s.118; "Əl-Xisal", s. 2/610 və 2/628; "Əl-Cəfəriyyat", s.38; "Fəqihu Mən La Yəhzuruhul-Fəqih", Şeyx Səduq, 1/325/hədis:955; "Biharul-ənvar", 81/239);
İzah:
Ayə və rəvayətlərə əsasən, Peyğəmbərlər və İmamlar (ə), həmçinin saleh insanlar həmişə dua edərkən üzlərini və əllərini göyə sarı tutublar. Bu işin hikməti və niyəsi barədə belə demək olar: Qurani-Kərim göydən nazil olub. Peyğəmbər (s) bir problemlə üzləşdikdə gözlərini səmaya dikər və sanki gözləri vəhy mələkini axtarırdı... ("Bəqərə", ayə 144).
Allahın bərəkətləri və həyatverici amillər - yağış, günəş və s... göydən nazil olur...
Göyün sonsuzluğu və əzəməti insanı Allah-taalanın əzəmətinin və böyüklüyünün yadına salır ...
Bəzi Peyğəmbərlərin dövründə bəlalar da göydən gəlib.
Quranın ilk dəfə nazil olduğu Beytul-məmur 4-cü göydədir.
İsanın (ə) həvarilərinə göydən süfrə endi. ("Maidə", ayə 112-114)
Bu məsələyə dəlil olaraq Qurandan aşağıdakı ayələri göstərmək olar:
Biz göydən su nazil etdik və onun vasitəsilə cücərtdiyimiz meyvələrlə sizi ruziləndirdik. - ("Bəqərə", ayə 22; "Ənam", ayə 99).
Təkəbbür edib Quran ayələrini dananlar üçün göyün qapıları açılmayacaq. - ("Əraf", ayə 40).
Sizə vədə verilənlər və ruziniz göydədir. - ("Zariyat", ayə 22-33).
Göyü sizə qouryucu tavan qərar verdik. - (Ənbiya/32).
Yeri gəlmişkən qeyd edək ki, "Əs-Səma" sözü Quranda 118 və bu sözün cəm şəkli 185 dəfə işlədilmişdir ... - ("Ənam", ayə 6; "Hud" ayə 52; "Bəqərə", ayə 164)

Hazırladı. M.Bəşir.

Tarix : 2016-10-18Baxış sayı : 85