background img
banner

Çalışqanlıq və dövlətli olmağın yolu

Increase text size Decrease text size

Bir nəfər bir şey istəmək üçün Peyğəmbərin yanına getdi. Oraya çatdıqda Allah Rəsulunun belə dediyini eşitdi: "Kim bizdən bir şey istəsə, verərik. Ancaq kim ehtiyacsız olmağa çalışsa, Allah onu ehtiyacsız edər!

Həmin adam Allah Rəsulunun bu sözünü eşitcək ondan heç nə istəmədən yanından ayrıldı. İkinci dəfə yenə Allah Rəsulunun yanına gəlib, heç nə istəmədən evinə qayıtdı.

Üçüncü dəfə Peyğəmbərdən eyni sözü eşitcək, yenə heç nə istəmədən evinə döndü. Sonra qonşusundan əmanət olaraq bir balta götürüb, çölə çıxdı. Bir miqdar odun toplayaraq, bazara apardı və kilo yarım arpa qarşılığında odunları satdı. Əldə etdiyi apradan çörək bişirərək ailəsilə birlikdə yedilər. Həmin adam balta alana qədər bu işinə davam etdi. Sonra iki dəvə və bir nökər aldı. Beləcə, vəziyyətini düzəldib, dövlətli oldu. Sonra Allah Rəsulunun yanına gedərək, əhvalatı ona danışdı. Peyğəmbər onun sözünü dinlədikdən sonra belə buyurdu: "Məgər kim bizdən bir şey istəsə, ona verərik. Ehtiyacsız olmağa çalışarsa, Allah onu ehtiyacsız edər - demədimmi?!" (“Bihar”, c.75, s.108)

Tarix : 2016-10-18Baxış sayı : 89