background img
banner

"Fatihə" surəsində tərbiyəvi dərslər

Increase text size Decrease text size

1. İnsan "Allahın adı ilə" deməklə Allahdan özgəsindən ümidini kəsir.
2. "Aləmlərin Rəbbi" və "din gününün maliki" deməklə fərqinə varır ki, özü tərbiyə olunan və sahibi olan kəsdir. Bu üzdən də xudbinlik, məğrurluq kimi rəzil sifətlərdən çəkinir.
3. "Aləmlər" ifadəsilə özü və bütün varlıq aləmi arasımda əlaqə yaratmış olur.
4. "Rəhman, Rəhim" ifadəsilə özünü Allahın lütf kölgəsində görür.
5. "Din gününün maliki" ifadəsilə gələcəkdə olacaq şeylərə qarşı qəflətdə olmaqdan özünü qoruyur.
6. "Yalnız Sənə ibadət edirik" deməklə riyakarlıq və şöhrətpərəstliyi aradan aparır.
7. "Səndən kömək istəyirik" deməklə qüdrət buludları onu qorxutmur.
8. "Nemət vermisən" kəlməsilə anlayır ki, bütün nemətlər Allahın əlindədir.
9. "Bizi düzgün yola yönəlt" ifadəsilə həqiqət və düzgün yolda bələdçilik diləyir.
10. "Nemət verdiyin kəslərin yoluna" deməklə özünün həqiqət başçıları ilə birlikdə olduğunu bildirir.
11. "Qəzəb olunmuşların və sapqınların (yoluna) deyil" deməklə batil və nahaqq əhlindən uzaq durduğunu büruzə edir.

Tarix : 2016-09-23Baxış sayı : 124