background img
banner

"Hər gün Aşura, hər yer Kərbəla" ifadəsi hədisdirmi?

Increase text size Decrease text size

Ayətullah seyyid Əli Milanidən "hər gün Aşura, hər yer Kərbəla" sözü haqqında olan sual-cavab:

Sual: "Hər gün Aşura, hər yer Kərbəla" sözü barədə nəzəriniz nədir? Kərbəla torpağının digər yerlərdən üstün olmasına, həmçinin Aşura gününün digər günlərdən daha şərəfli olmasına, İmam Huseynin və digər Kərbəla şəhidlərinin başlarına gələn müsibətin böyüklüyü qədər heç bir müsibətin gəlməməsinə diqqət etsək, bu sözdən istifadə etmək düzdürmü?

Cavab: Bu cümlə hədis deyil. Əksinə, sünni məzhəbli bir şairin dediyi sözdür, Bu cümlə "Ey Əbu Abdullah, sənin günün kimi bir gün yoxdur" hədisi ilə də ziddiyyət təşkil edir.

Hazırladı: Fəqan Məmmədov

Tarix : 2016-10-19Baxış sayı : 86