background img
banner

İmam Əlidən (ə) yaşayış konsepsiyası:

Increase text size Decrease text size

"Bir cəmiyyətin dünya və axirətinin abad olması bu 4 kəsdən asılıdır. 
1. Elminə əməl edən alim;
2. Öyrənməyə səy göstərən cahil - nadan;
3. Əlini qısmayan səxavətli;
4. Ehtiyac üzündən dinini satmayan fəqir".

İmam (ə) demək istəyir ki, hər hansı bir cəmiyyətdə yuxarıda qeyd olunan kəslər öz vəzifələrinə riayət edərlərsə, cəmiyyət olaraq dünya və axirət səadətinə çatarlar. Amma diqqət ediləsi məqam budur ki, bu kəslərin ən zəif bəndi, yəni fəqirin də vəzifəsinə əməl etməsi, onların ən güclü bəndi, yəni alimin öz vəzifəsinə əməl etməsindən asılıdır. Belə ki, əgər alim öz elminə əməl etməzsə, cahil - nadan da bilmədiyini öyrənməyə səy göstərməyəcək. Belə olan halda səxavətli də bəxşiş etməkdə əlini qısacaq və nəticədə, fəqir ehtiyac üzündən dinini, yəni, hər şeyini satacaq.

Deməli, səadətli və xoşbəxt bir cəmiyyət istəyiriksə, ilk növbədə bu cəmiyyətin ziyalı və alim kütləsi islah olunmalıdır. Yoxsa gördüyünüz və müşahidə etdiyiniz bu acınacaqlı durumun caynağından qurtaran deyilik.

Hazırladı: Bəhruz Camal

Tarix : 2016-10-19Baxış sayı : 83