background img
banner

Musa Peyğəmbər və əkinçi

Increase text size Decrease text size

Bir gün həzrət Musa Allah-taalaya ərz etdi ki, yaxşı bəndələrindən birini görmək istəyirəm. Xitab gəldi ki, səhraya get; orada bir adam var ki, əkinçiliklə məşğuldur. O, dərgahımızda yaxşı olanlardandır. Həzrət gəlidi və gördü ki, bir adam bel vurur və iş görür. Həzrət təəccüb etdi ki, o nə cür bir dərəcəyə çatmışdır ki, Allah onun barəsində bizim yaxşı adamlarımızdandır buyurur... Cəbrailə sual verdi. Cəbrail cavab verdi ki, indi Allah ona bir bəla nazil edəcək, bax gör o, nə edəcəkdir... Bir bəla nazil oldu ki, həmin adam bir anda hər iki gözünü əldən verdi... Dərhal əyləşdi; belini də qarşısına qoyub, dedi: Mənim mövlam, sən məni kor bəyənirsən; mən də kor olmağı görə bilməkdən öndə sevirəm.

Həzrətin gözlərindən yaş süzüldü. Həmin adama sarı üz tutdu və dedi: Ey kişi, mən Allah Peyğəmbəriyəm. Duası qəbul olunan adamam; istəyirsən dua edim ki, Allah gözlərini yenidən görən etsin?

Həmin adam cavab verdi: Xeyr.

Həzrət buyurdu: Nə üçün?

O dedi: Rəbbimin mənim üçün ixtiyar etdiyi şeyi – özüm üçün istədiyim şeydən daha çox sevirəm.

Tarix : 2016-10-19Baxış sayı : 159