background img
banner

Dəvət olunması gərəkən ən üstün yaxşı işlər səbir və rəhmətdir

Increase text size Decrease text size

Dəvət olunması gərəkən ən üstün yaxşı işlər səbir və rəhmətdir

Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. Ayələrimizi inkar edənlər isə sol tərəfə sahibdirlər. Od onların üzərində qapanacaqdır”. (“Bələd” surəsi, 17–20-ci ayələr)

Bildirişlər:

1. İman yaxşı işlərin qəbul olunma şərtidir

2. Bütün müsəlmanlar bir-birlərinə səbr və mərhəmət tövsiyə etməlidirlər.

3. Bilmək kifayət deyil. Demək və eşitmək də təsiredicidir.

4. Tövsiyə edilməsi zəruri olan ən üstün yaxşılıqlar səbir və mərhəmətdir.

5. Özünü düzəltdikdən, öz üzərində işlədikdən sonra başqalarını yaxşı işlərə dəvət etmək lazımdır.

6. Göz nemətinin təşəkkürü ilahi ayələri görmək, dil nemətinin təşəkkürü isə başqalarına tövsiyə verməkdir.

7. İman, səbir və məhəbbət bərəkətin əsasıdır.

8. Kim küfr və paxıllıqla həqiqət və mərhəmətin üzərini örtsə, Qiyamət günündə atəş içində üstüörtülü qərar tutacaqdır.

9. Acı doyuzdurmaq və azadlıq aparmağa müvəffəq olan möminlər həm cəmiyyət üçün xeyir və bərəkət mənbəyidirlər, həm də öz axirətini abad etmişlər. Bundan daha uca bərəkət və səadət varmı?

10. Hər bir iş dözümlük və möhkəmliklə nəticəyə çatır. Buna görə də səbir tövsiyyə etmək hər bir işin müqəddiməsidir.

11. Hər cür çirkinliyinin mənşəyi küfrə və həqiqəti ört-basdır etməyə qayıdır.

Hazırladı: Fərid Abdullah

İstifadə olunan mənbə: “Nur təfsiri”, c.10, s.489.

Tarix : 2016-10-19Baxış sayı : 80