background img
banner

Mömin möhkəm dağ kimidir, küləklər onu tərpədə bilməz

Increase text size Decrease text size

“Mömin möhkəm dağ kimidir, küləklər onu tərpədə bilməz - المؤمن کالجبل الراسخ لا تحرکّه العواصف” – İmam Əli (ə)


Mömin möhkəm dağ kimidir və ya İmam Baqirin (ə) hədisində
(المؤمن أصلب من الجبل الجبل يستقل منه و المؤمن لا يستقل من دينه شي‏ء)
deyildiyi kimi dağdan da möhkəmdir, çünki dağdan zaman keçdikcə bir şeylər azalar, amma mömin imanında sabitqədəm qaldıqca daha da möhkəmlənər, möminliyi daha da çoxalar.
 

Mömin dağ kimi möhkəmdir, çünki sərvət və dövlət onu yoldan çıxartmaz, həddini aşırtmaz, qəflətə sala bilməz, şəhvət və nəfsani istək onu tora sala bilməz, müsibətlər və çətinliklər onu əyə bilməz...
 

Mömin möhkəm dağ kimidir, çünki küləkdən, tufandan qaçana da özündə sığınacaq verər, zalımın şərrindən qaçanlar kürəyini ona söykəyib üzü zalıma vuruşa bilər...
 

Mömin möhkəm və uca dağ kimidir, göydən yağış, qar, mələk, huri, elm və hikmət kimi nə bərəkət nazil olsa, əvvəl ona nazil olacaqdır. Necə ki, Allah-taala Quranda buyurur: “Şübhəsiz, (səmimi qəlbdən) “bizim Rəbbimiz Allahdır!” – deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbirdən qaldırılan zaman) mələklər nazil olar (və deyərlər): “Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!” - (Füssilət/30).


Mömin möhkəm dağ kimidir, möhkəm imanı onu həm bu dünyada həm də o dünyada çətinliklərdən qorxmağa qoymayacaqdır: “Şübhəsiz, (qəlblərinin dərinliklərindən) “bizim Tanrımız Allahdır” – deyib, sonra (onun əsasında) möhkəm dayananlar üçün (axirət aləmində) nə bir qorxu var və nə də qəmgin olarlar” – (Əhqaf/13).

 

Hazırladı: M.Bəşir

Tarix : 2016-10-20Baxış sayı : 96