background img
banner

Axırzamanda insanların vəziyyəti necə olacaq?

Increase text size Decrease text size

Böyük alim və arif, mərhum Mirzə İsmayıl Dulabidən soruşdular: "Axırzamanda insanların vəziyyəti necə olacaq?"

Gözəl bir misal çəkdi. Buyurdu: "Axırzamanda insanlar dörd oğlu olan bir atanın halına bənzəyər; ata oğlanlarını bir otağa salıb deyir ki, bu otaqda qalın, mən gedirəm, qayıdıb gələcəm.Amma özü gedib, pərdənin arxasından uşaqların hərəkətini izləyir.

Birinci oğul: Atanın yoxluğundan sui-itifadə edib otağı dağıtmağa başlayır!

İkinci oğul birincinin otağı dağıtdığını görəndə oturub, ağlamağa başlayır ki, ata gəl, ata gəl!

Üçüncü oğul, ümumiyyətlə atasını unudur və öz işilə məşğul olur!

Dördüncü oğul atasının pərdə arxasında onlara baxdığını gördüyü üçün otağı səliqəyə salmağa başlayır və atanın gəlmədiyindən də narahat deyil. O bilir ki, atası onları görür. Buna görə də öz-özünə deyir: "Ata hər nə qədər gec gəlsə, mən daha çox iş görərəm. Atam məni görür" -  eyni halda atanın gəlişini də gözləyir...

Tarix : 2016-10-20Baxış sayı : 62