background img
banner

İmam Əliyə istinad edilən bəzi əsassız kəlamlar

Increase text size Decrease text size

Aşağıda yazdığım və İmam Əliyə (ə) nisbət verilən hədislərin heç biri şiələrin mötəbər kitablarında keçməyib. Bundan əlavə, bu hədislərin ilk mənbəsi əhl-sünnə sufiləri və şiə ğulatları olublar. Həmçinin bu hədislərin mötəbər mənbəsi olmadığı kimi, mötəbər sənədi də yoxdur və demək olar ki, ümumiyyətlə sənədsizdirlər. Araşdırmalar göstərir ki, bunlar hədis deyil, bəlkə arif və sufi adlanan camaatın dilində gəzən sözlər olubdur. Yenə də qeyd edirəm ki, mötəbər sənəd və mənbələri yoxdur, bəzən Quran ayələri, bəzən də tarix ilə ziddiyyət təşkil edir. Həmçinin Qurani-Kərimin İmam Əli (ə) zamanında indiki şəkildə nöqtələnməsi isbat oluna bilməyib. İmam Əlinin (ə) şagirdlərinin gördüyü iş Quranın səslərini rəngli nöqtələrlə göstərmək olub. Məsələn “ə” səsi üçün hərifin üzərində “yaşıl” nöqtə, “i” səsi üçün hərifin aşağısında “yaşıl” nöqtə və ... Bu iddianı İmam Əli, İmam Həsən və İmam Səccadın xətti ilə bizim əlimizə gəlib çatmış nüsxələr də təsdiq edir. Çünki həmin nüsxələrdə səslər rəngli nöqtələr ilə göstərilib, amma hərflər nöqtəsizdir.

Bundan əlavə bu sözləri bəzi qədim alimlər öz zamanlarının sufi və ariflərinin sözü olaraq nəql ediblər.

Hədislərə gəlincə, aşağıdakılardır:

1. “Mən “Bismillah”dakı “ba”nın nöqtəsiyəm” (ب ) – ilk dəfə hq. 7-ci əsrdə İbn Təlhə Şafei sənədsiz şəkildə nəql edib.

2. “Mən nöqtəyəm, mən xəttəm, mən nöqtə və xəttəm” – ilk dəfə İbn Şəhr Aşub (v. 588 hq) “Mənaqib” kitabında sənədsiz şəkildə yazıb.

3. “Elm bir nöqtə idi, cahillər onu çoxaltdı” - ilk dəfə hq. 7-ci əsrdə İbn Təlhə Şafei sənədsiz şəkildə “sirrul-ə`zəm”də nəql edib. = Qurani-Kərim buyurur ki, elmi çoxaldan Allahdır. (Taha/114 və Bəqərə/247).

4. “İstəsəydim “Fatihətul-Kitab”ın təfsirindən 70 dəvə yükləyərdim” – Ğali və süfilər bu hədisi sonradan “bismillahın təfsiri” sözü ilə təhrif ediblər. Baxmayaraq ki, hədisin əslinin də sənədi yoxdur və mötəbər kitablarda gəlməyib.

P.S: Bu hədislərin sənədsiz olmasına baxmayaraq, indiyədək şiə və əhli-sünnədən irfan və sufiliyə meyilli müxtəlif alimlər tərəfindən şərh ediliblər.

Hazırladı: M.Bəşir

Tarix : 2016-10-20Baxış sayı : 1808