background img
banner

Oxunulan və eşidilən şeyləri yadda saxlamaq üçün dua

Increase text size Decrease text size

Peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: "Əgər oxuduğun və eşitdiyin hər bir şeyi yaddaşında saxlamaq istəyirsənsə, hər namazdan sonra bu duanı oxu:
“Pakdır (bizim ona nisbət verdiyimiz bəşəri sifətlərdən ) O Allah ki, Öz mülkündə olanlara zülm etməz. Pak və münəzzəhdir O Allah ki, yer əhlini müxtəlif əzablara düçar etməz. Pak və münəzzəhdir O Allah ki, rəuf və mehribandır. Ey Allah! Mənim qəlbimdə nur, bəsirət, dərk və elm qərar ver. Həqiqətən də, Sən hər şeyə qadirsən.
**************************************************
فلاح السائل و نجاح المسائل ؛ ؛ ص168- رُوِيَ عَنِ النَّبِيِّ ص أَنَّهُ قَالَ لِأَمِيرِ الْمُؤْمِنِينَ ع إِذَا أَرَدْتَ أَنْ تَحْفَظَ كُلَّمَا تَسْمَعُ وَ تَقْرَأُ فَادْعُ بِهَذَا الدُّعَاءِ فِي دُبُرِ كُلِّ صَلَاةٍ وَ هُوَ سُبْحَانَ مَنْ لَا يَعْتَدِي عَلَى أَهْلِ مَمْلَكَتِهِ سُبْحَانَ مَنْ لَا يَأْخُذُ أَهْلَ الْأَرْضِ بِأَلْوَانِ الْعَذَابِ سُبْحَانَ الرَّءُوفِ الرَّحِيمِ اللَّهُمَّ اجْعَلْ لِي فِي قَلْبِي نُوراً وَ بَصَراً وَ فَهْماً وَ عِلْماً إِنَّكَ عَلى كُلِّ شَيْءٍ قَدِير
**************************************************
Duanın oxunuşu:
Sübhanə mən la yə`tədi əhlə məmləkətihi.
Sübhanə mən la yə`xuzu əhləl-ardı bi əlvanil-əzab.
Sübhanər-rəufir-rəhim.
Əllahum-məc`əl li fi qəlbi nurən və bəsərən və fəhmən və ilma. İnnəkə əla kulli şəyin qədir.

Tarix : 2016-10-20Baxış sayı : 89