background img
banner

Ey Allah Rəsulu, mənə tövsiyyə et

Increase text size Decrease text size

            Həzrət Əli deyir: “Bir nəfər Allah Rəsulunun yanına gələrək ona tövsiyə etməsini istədi. Allah Rəsulu ona belə buyurdu:

            “Sənə tapşırıq verirəm ki, odda yansan, işkəncə görsən də Allaha şərik qoşma.

            Atana və anana da əziyyət vermə. Diri olsalar da, ölmüş olsalar da – onlara yaxşılıq et. Əgər sənə göstəriş versələr ki, ailədən və yaşayışından əl çək, belə də et! Bu, imanın nişanəsidir. Əlavə malik olduğunu (din) qardaşının ixtiyarında qoy.

            Müsəlman qardaşınla qarşılaşdıqda açıq üzlü ol.

            Camaata xəyanət etmə, onlara rəhmət yağışını yağdır.

            Müsəlmanlardan hər kimi görsən, salam ver.

            Camaatı İslama tərəf dəvət et.

            Bil ki, hər çətinliyi həll etmənin (sıxıntısı olanın çətinliyini aradan qaldırmağın) Yəqub övladlarından bir qulu azat etmək qədər savaba malikdir.

            Bilk i, şərab və hər bir məstedici haramdır”. (“Bihar”, c.77, s.136)

Tarix : 2016-10-20Baxış sayı : 105