background img
banner

Yetimlərə ağlamaq

Increase text size Decrease text size

Ühüd döyüşündə İslam döyüşçülərindən əksəriyyəti, o cümlədən, həzrət Həmzə şəhid oldu. Hətta şayiə yayıldı ki, Peyğəmbərin özü də şəhid olmuşdur.

Mədinə qadınları Ühüdə sarı hərəkət etdilər. Allah Rəsulunun qızı Fatimə də onlar arasında idi. Peyğəmbəri tapdıqdan sonra Mədinəyə geri döndülər. Allah Rəsulu da bir az fasilə ilə Mədinəyə tərəf hərəkət etdi. Qadınlar bir daha ağlayan halda qarşılamağa tələsdilər.

Bu zaman Cəhşin qızı Zeynəb Peyğəmbərin yanına yetişdi. Peyğəmbər buyurdu:

– Səbirli və möhkəm ol!

O dedi: – Niyə?

Peyğəmbər buyurdu: – Qardaşın Abdullahın şəhid olduğuna görə.

Zeynəb dedi: – Şəhidlik onun üçün mübarək olsun!

Peyğəmbər buyurdu: – Səbirli ol!

Zeynəb dedi: – Niyə görə?

Buyrudu: – Dayın Həmzənin şəhid olduğuna görə.

Zeynəb dedi: – Hamımız Allahdanıq və Ona tərəf qayıtmaqdayıq. Şəhadət məqamı ona mübarək olsun!

Bir neçə dəqiqədən sonra ikinci dəfə Peyğəmbər üzünü Zeynəbə tutub dedi: – Səbirli ol!

Zeynəb dedi: – İndi niyə görə?

Peyğəmbər dedi: – Ərin Musəb ibn Umeyrin şəhid olduğuna görə.

Zeynəb bu sözləri eşitcək uca səslə ağladı və yanığlı tərzdə nalə çəkdi. O, “Nə üçün ərin üçün belə ağlayırsan?” – deyənlərin cavabında söylədi: Ağlamağım ərimə görə deyil. Belə ki, o, Peyğəmbərin rikabında şəhidlik feyzinə çatmışdır. Əksinə, ağlamağım onun yetimlərinə görədir. Əgər atalarını soraqlasalar, onlara nə cavab verəcəyəm?” (“Bihar”, c.20, s.63)

Tarix : 2016-10-20Baxış sayı : 160