background img
banner

Azan və iqamə nə zaman batil sayılır?

Increase text size Decrease text size

Sual: Əgər bir nəfər azan və iqamə arasında başqa bir söz desə, yaxud azan və iqamə deyə, habelə bir şey söyləyə (məsələn telefonla cavab verə, yaxud başqa birisi ilə danışa) – söylədiyi azan və iqamə batil sayılırmı? Başqa bir sual, ümumiyyətlə, namaza qədər azan və iqamə arasında nə qədər fasilə olsa azan batil olur və onu yenidən demək lazımdır? Əgər azan və iqamə desə sonra 4-5 dəqiqəlik müxtəsər bir iş irəli çıxsa, ikinci dəfə demək lazımdırmı?

Cavab:

1. Azan və iqamə deyərkən onlar arasında bir söz danışmaq məkruhdur. Lakin Allahı zikr etmək istisnadır. Əgər iqamə arasında olsa, onu yenidən demək müstəhəbdir. Əlbəttə, əgər azanla iqamə arasında söz danışmaq xeyli uzun çəksə və onların forması pozulsa, azan və iqamənin batil olmasına səbəb olar. Buna görə də ikinci dəfə başdan demək lazım gələr.

2. Azan və iqamə arasında fasilə olmamalıdır. Əgər onlar arasında fasilə o qədər çəksə ki, deyilmiş azan ürfün nəzərində daha bu iqamənin azanı sayılmır – onda ikinci dəfə azan və iqaməni demək müstəhəbdir. Həmçinin, əgər azan, iqamə və namaz arasında o qədər fasilə olsa ki, azan və iqamə həmin namaza aid sayılmır – onda ikinci dəfə həmin namaz üçün azan və iqamə söyləmək müstəhəbdir. 

Tarix : 2016-10-21Baxış sayı : 79