background img
banner

Cənnətə getməyin yolu

Increase text size Decrease text size

"Bəqərə" surəsinin 112-ci ayəsində oxuyuruq:
"Bəli, kim simasını Allaha təslim edibsə və o, yaxşılıq edən biridirsə, onun mükafatı Rəbbi yanındadır və onlara nə bir qorxu vardır, nə də onlar hüznlənərlər".
………
Ayədə göstərilir ki, Cənnətə daxil olmağın göstəricisi Allahın əmrinə boyun əymək və yaxşı əməl sahibi olmaqdır. Yəni Cənnət iddia və şüar əsasında kiməsə veriımir. Əksinə, imanlı və əməlisaleh olmaq lazımdır.
Cənnətə gəlib çatmaq üçün, hətta arzu və xəyallarda belə, Allaha təslim olmaq, daxildə imana, zahirdə isə yaxşı əməllər görməyə yiyələnmək lazımdır.
Yaxşı işlər görmək insanın xüsusiyyəti olmalıdır. Yəni bu xüsusiyyət mövsümi, yaxud xüsusi yerlərdə icra olunan olmamalıdır.
Mükafat vermək Rəbbin (Ali tərbiyəçinin) işlərindəndir.
Kim sidq ürəklə Allaha tərəf üz tutsa, həm yaxşı bəhrə əldə edəcək, həm də hər cür qorxu-hürküdən uzaq olacaqdır.

Tarix : 2016-09-23Baxış sayı : 111