background img
banner

Azan və iqamə ilə neçə namaz qılmaq olar?

Increase text size Decrease text size

Sual: Hər namazdan əvvəl azan və iqamə demək vacibdirmi? Bir azan və iqamə ilə bir neçə namaz qılmaq olarmı?

Cavab: Əksər təqlid üçün müraciət olunan müctəhidlər azan və iqamənin hökmləri haqqında belə deyiblər: Kişi və qadına gündəlik namazlardan (hər gün qılınan vacib namazlar) öncə azan və iqamə demələri müstəhəbdir. Amma sair vacib namazlar üçün (məsələn, ayət namazı) üç dəfə “Əs-Səlah” demələri müstəhəbdir. Deməli, azan və iqamə, müstəhəb hissəsi kimi tapşırılsa da, vacib buyruqların tərkib hissəsi deyil. Bir tərəfdən də, təkcə gündəlik vacib namazlara aiddir, sair müstəhəb və vacib namazlara aid deyil.

Azan və iqamənin yerinə, onların vacib namazlar üçün sayına gəlincə, demək lzımdır: Namaz qılan şəxs zöhr, məğrib və sübh namazında həm azan, həm də iqamə deyə bilər. Ancaq, əgər əsr namazını fasiləsiz, yaxud azacıq fasilə ilə zöhr namazından sonra (bəzi müctəhidlər bu fasiləni nafiləyə ara verilməsi qəbul etmişlər, ancaq bəziləri nafilənin fasilə olmasını və təqibat (namazdan sonra dua-zikr söyləmək) fasiləsini kafi bilmişlər), yaxud işa namazını fasiləsiz, yaxud azacıq fasilə ilə məğrib namazından sonra qılsa, əsr və işa namazı üçün sayılan ikinci namaz saqit olur (yəni daha ikinci dəfə deməyə ehtiyac qalmır).

Deməli, hər azan və iqamə ilə bir sübh, zöhr namazı ilə birlikdə əsr və məğrib namazı ilə birlikdə işa namazı qılmaq olar. (Bir halda ki, zöhr və əsr, məğrib və işa namazı arasında fasilə olmasın). Ancaq, əgər fasilə yaransa, namaz qılan şəxs gündəlik vacib namazlardan hər biri üçün ayrıca bir azan və iqamə söyləyə bilər. Amma hər halda, hər vacib namaz ayrıca iqaməyə malik ola bilər. (Yəni zöhr namazı üçün azan və iqamə deyilsə, daha sonra ardınca əsr namazı qılınsa, azan söyləmədən, təkcə iqamə deyərək namaza başlamaq olar)

Tarix : 2016-10-21Baxış sayı : 80