Nələrin üzərinə səcdə etmək olar?
– Yerə və yerdə bitən şeylərə səcdə etmək olar. Məsələn, ağac və ağac yarpağının üzərinə səcdə etmək olar.
– Arpa və buğda kimi yeyilən, pambıq kimi geyilən, yerdən çıxan qızıl, gümüş və bu qəbil şeylərin üzərinə səcdə etmək olmaz. Lakin mərmər kimi mədən daşlarının üzərinə səcdə etmək olar.
– Əlacsız qaldıqda qır kimi şeylərin üzərinə səcdə etmək olar;
– Əgər üzüm yarpağı yumşaq və yeyiləsi halda olarsa, onun üzərinə səcdə etmək olmaz. Bu halda olmazsa, eybi yoxdur;
– Heyvan yemi sayılan və yür üzərində bitən ot və saman kimi şeylər üzərinə səcdə etmək olar;
– Yeyilməyən güllərin üzərinə də səcdə etmək olar. Lakin elə bitkilər var ki, yerdən çıxır, onlardan dərman kimi istifadə olunur, qaynadılaraq suyu içilir – bu cür bitkilər üzərinə səcdə etmək olar. Məsələn, bənövşə və mal dili bitkisi kimi;
– Elə bitkilər var ki, bəzi məntəqələrdə yeyilir, bəzi məntəqələrdə isə yeyilmir; yeyilməsi adət halı almayan bitkilərin, həmçinin yetişməmiş meyvə üzərinə ehtiyata əsasən səcdə edilməməlidir;
– Əhəng daşı və təbaşir üzərinə səcdə etmək olar. Bişmiş təbaşir, əhəng, kərpic və palçıqdan düzəlmiş kuzəyə səcdə etməyin bir problemi yoxdur;
– Səcdə edilməsi düzgün sayılan şeylərdən, məsələn ağac və ya samandan hazırlanan kağız üzərinə səcdə etmək olar. Pambıq və kətandan hazırlanan kağıza üzərinə də səcdə etmək olar. Lakin ipəkdən və bu kimi şeylərdən hazırlanan kağız üzərinə səcdə etmək icazəli deyil. Üzərinə səcdə edilməsi düzgün sayılan şeydən hazırlandığı məlum olan kağız salfet üzərinə də səcdə etmək olar.
– Daha yaxşı olar ki, İmam Hüseynin türbəti üzərinə səcdə edilsin. Ondan sonra adi torpaq, sonra daş, daha sonra bitki üstünlük kateqoriyalarına görə sıralanır.
– Əgər üzərinə səcdə edilməsi düzgün olan bir şey olmasa, yaxud şiddətli soyuqluq və ya istilik üzündən üzərinə səcdə etmək mümkün olmasa, qır kimi şeylərin üzərinə səcdə etmək olar. Bu da mümkün olmasa, kətan, yaxud pambıqdan olan paltara, bu da olmasa adi halda üzərinə səcdə edilməsi keçərli sayılmayan bir şey üzərinə səcdə edə bilər. Amma müstəhəb ehtiyat budur ki, paltar üzərinə səcdə etmək mümkündürsə, üzərinə səcdə edilməsi keçərli olmayan şeylərə səcdə edilməsin. Lakin bu da alınmasa alın əlin üzərinə qoyulmalıdır.
– Alının aram şəkildə qalmadığı palçıq, yaxud boş-bərkiməmiş torpaq üzərinə səcdə batildir.
– Bəzən elə olur ki, birinci səcdəyə getdikdə möhür alına yapışır. Belə olduqda ikinci səcdəyə getməmiş möhürü alından ayırmaq lazımdır.