
Kobudluq metod deyil
Allah öz peyğəmbərinə haqqı qəbul etməyənlərin inadkarlıqları, nadanlılqarı, təssübkeşlikləri, təxribatları, inadkar qarşıdrumaları qarşısında sevgi və mülayimlik göstərmək göstərişi verir:
"Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. Vəd olunmuş Saat mütləq, gələcəkdir. Odur ki, Sən görməzdən gəl. Bunu gözəl et!"
"Hicr" surəsi-85-ci ayə
Məntiq və ağıl səndən yana olduğu üçün kobudluq göstərməyə lüzum yoxdur. Allahın öz peyğəmbərinə və bu vasitə ilə İslam təbliğatçılarına öyrətdiyi metod budur. İnadkarlıqlar, nadanlıqlar, təəssübkeşliklər və nəfsani istəklərin təlqin etdiyi mövqelər qarşısında dözümlülük göstərmək, bunları görməzdən gəlmək öz bəhrəsini verəcək
P.S. Bizi kobudluq etməyə vadar edən səbəblər ya nəfsimizdir, ya savadsızlığımızdır, ya özümüzün inaclarımızda olan boşluqlardır...
Bu ayədə sanki Allah bizə üç mesaj verir:
Birincisi, haqqı təbliğ edən insan ilk növbədə özü haqqa dəlillər əsasında inanmalıdır. Qarşımızdakı arif deyil, aşiq deyil, intuitiv düşüncəni qəbul etmir...
İkincisi, ağla və məntiqə əsaslanmalı
Üçüncüsü, kobudluq etməməli, dözümlü olmalıdır
Hazırladı: Famil Burxanoğlu