background img
banner

Qəbir üzərindəki yazıları oxumaq olarmı?

Increase text size Decrease text size

Sual: Bir yerdə oxumuşam ki, qəbirlərin üzərindəki yazıları oxumaq yaddaşsızlığa, unutqanlığa səbəb olur. İndi rəvayəti dəqiq bilmək istəyirəm. Qəbrin üzərində yazılanlar deyərkən nə nəzərdə tutulur? Yəni qəbrin üzərinə yazılan ad, soyad, şeirlər nəzərdə tutulur? Oxumamağın səbəb və fəlsəfəsi nədir?

Cavab: Bəli, qəbirlərin üzərindəkiləri oxumağın yaddaşsızlığa, korazehinliliyə səbəb olması barədə rəvayət mövcuddur. Toplam şəkildə iki rəvayət nəql olunmuşdur. Bu rəvayətlər sənəd baxımından zəifdirlər. Lap bunu qəbul etsək və sənədinin zəif olmasına göz yumsaq belə, belə bir fikir irəli sürmək olar, ola bilər ki, qəbir üzərində yazılanların oxunmamasını tövsiyə etməkdə məqsəd budur ki, insan qəbiristanlıqda ölüm haqqında təfəkkür etmək, yaxud tanışlarının məzarı başında Quran oxumaq əvəzinə oturub başqalarının məzar daşında yazılanları oxuyaraq zehnini qarışdırmamalıdır.

Nəql olunan rəvayətlər isə belədir:

Peyğəmbər buyurmuşdur ki, on xislət unutqanlığa gətirib çıxarır ki, bunlardan biri qəbirlərin üzərini oxumaqdır. (Məclisi, “Biharul-Ənvar”, c.73, s.321)

İkinci rəvayət isə İmam Musa ibn Cəfərdəndir. O da qeyd edir ki, doqquz şey vardır ki, unutqanlıq yaradır, onlardan biri qəbir daşlarının yazılarını oxumaqdır. (Şeyx Səduq, “Əl-Xisal”, c.2, s.422-423)

Qeyd etmək yerinə düşər ki, bu rəvayətlərin sənədlərinin zəif olmasına baxmayaraq, fəqihlər qəbirlərin üzərindəki yazıları oxumağın məkruh olmasına dair fətva vermişlər.

Ən doğrusu Allah bilir.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-22Baxış sayı : 76