background img
banner

İmam Hüseynin cəsədini kim dəfn edib?

Increase text size Decrease text size

Qarşımıza çıxa biləcək suallardan biri də budur ki, şəhid olduqdan sonra İmam Hüseynin cəsədini kim dəfn etmişdir? Qeyd edilib ki, məsum imamı gərək başqa bir məsum imam dəfn etsin. O zaman İmam Hüseyni kim dəfn edib?

Bu barədə alimlər fərqli fikir irəli sürmüşlər. Bu rəylərdən biri budur ki, bəzi rəvayətlərdə və tarix kitablarında İmam Hüseynin bədəninin övladı İmam Zeynəlabidin tərəfindən Kərbəla çölündə torpağa basdırıldığı qeyd edilmişdir. Yəni İmam Səccad Kərbəla şəhidlərinin dəfn edilməsi, onların ayırd edilməsi (çünki əksəriyyətinin başı kəsilmişdi), xüsusilə atası İmam Hüseynin dəfn işlərini özü icra etmişdir. Çünki bir imama yalnız başqa bir imam qüsul verə, onu kəfənə tuta və torpağa tapşıra bilər. Həm də İmam Zeynəlabidin bunu möcüzə yolu ilə – Kufədən və İbn Ziyadın zindanından Kərbəlaya gələrək, şəhidlərin cəsədlərini dəfn etmişdir.

İmam Rza Əbu Həmzənin oğlu ilə münazirə edərkən ona demişdir: Mənə de görüm, Hüseyn ibn Əli imam idi? O dedi ki, bəli. İmam dedi: Onda onun dəfn işini kim öz öhdəsinə götürdü? O dedi: Əli ibn Hüseyn. İmam dedi: Bəs onda Əli ibn Hüseyn harada idi? Dedi: Kufədə, Ziyadın oğlunun yanında zindanda idi. Amma onların xəbəri olmadan Kərbəlaya gəldi və atasının dəfn işini icra etdi, daha sonra zindana qayıtdı. İmam dedi: Əli ibn Hüseynə Kərbəlaya gəlmək, atasını dəfn etmək və qayıtmaq qüdrətini verən Kəs məni də Bağdada – atamı kəfənə tutmağım və dəfn etməyim üçün apara bilər. Bir halda ki, nəz zindandayam, nə də əsirlikdə.

Bu hədisə diqqət etməklə demək olar ki, İmam Hüseynin cəsədini torpağa İmam Səccad tapşırmışdır. 

Tarix : 2016-10-22Baxış sayı : 106