background img
banner

Quran və peyğəmbərlər

Increase text size Decrease text size

İlahi peyğəmbərlərdən iyirmi altısının adı Qurani-Kərimdə qeyd edilmişdir. Qeyd edilmiş peyğəmbərlərin adları bunlardır: Adəm, Nuh, İdris, Saleh, Hud, İbrahim, İsmayıl, İshaq, Yusif, Lut, Yəqub, Musa, Harun, Şüeyb, Zəkəriyyə, Yəhya, İsa, Davud, Süleyman, İlyas, Əlyəsə, Zülkifl, Əyyub, Yunis, Üzeyr, Məhəmməd (Allahın salamı olsun onlara)

Alimlər arasında adlar barədə müəyyən fərqlər vardır. Ən məşhur fikri yuxarıda qeyd etdik.

"Ənam" surəsinin 83-dən 86-ya qədər ayələrində on səkkiz peyğəmbərin adı çəkilmişdir.

Quran surələrinə adları verilmiş peyğəmbərlər bunlardır: İbrahim, Məhəmməd, Nuh, Hud, Yusif, Yunis (Allahın salamı olsun onlara).

"Ulul-əzm" peyğəmbərlərin adları Quranda neçə dəfə çəkilmişdir? Gəlin baxaq:

Qurani-Kərimdə Həzrət Nuhun adı 3, Həzrət İbrahimin adı 68, Həzrət Musanın adı 136, Həzrət İsanın adı 33, Həzrət Məhəmmədin (Allahın salamı olsun onlara) adı 5 dəfə çəkilmişdir.

Hazırladı: Fərid Abdullah.

 

Tarix : 2016-10-23Baxış sayı : 81