background img
banner

Nə üçün Aşura gününə bu qədər əhəmiyyət verilir?

Increase text size Decrease text size

İmam Sadiqdən soruşdular ki, nə üçün Allah Rəsulunun son vəfat günü, həzrət Əli, Fatimə, Həsən və s. imamların dünyalarını dəyişdikləri günlər deyil, sadəcə Aşura günü ən böyük müsibət,qəm, üzüntü və matəm günü olaraq tanıtdırılıb? İmam cavabında belə buyurdu: Bunun səbəbi odur ki, Əshabi-Kisa (Ali Əba) Allah dərgahında insanların ən dəyərlisi idilər. Onlar beş nəfər idi: Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn. Allah Rəsulu vəfat etdikdə müsibət çox böyük idi, ancaq Əshabi-Kisadan dörd nəfər həyatda idi. Onlar xalqın müraciət etdiyi və sığınacağı yer idilər. Fatimə dünyasını dəyişdikdə müsibətin çox olmasına baxmayaraq, Əshabi-Kisadan üç nəfəri öz aralarında görüb, ehtiyac duyduqları zaman onlara pənah gətirirdilər. Əli və Həsəndə də vəziyyət eyni idi. Ancaq Hüseyn şəhid olduqda Əshabi-Kisadan xalqın müraciət və sığıncaq yeri olan kimsə qalmamışdı. Buna görə də, Hüseynin bəqası Əshabi-Kisanın bəqası olduğu kimi, onun şəhid olması da onların hamısının şəhadəti kimi idi. Bu səbəbdəndir ki, Aşura günü qəm, üzüntü və matəm baxımından günlərin ən müsibətlisi olaraq tanıdılmışdır”.

Abdullah ibn Fəzl Haşimi deyir ki, mən İmam Sadiqə dedim: Onda Əli ibn Hüseyn üçün nə deyirsən?

O dedi: Əli ibn Hüseyn imam və xalqa höccət idi. Ancaq Allah Rəsulunu görməmişdi. Onun elmi ata və babalarından miras olaraq ona çatmışdı. Amma Əli, Fatimə, Həsən və Hüseyn Peyğəmbərlə uzun müddət birlikdə olmuşdular. Xalq da onları Peyğəmbər ilə birlikdə görmüşdü. Buna görə də onlardan birini gördükdə Peyğəmbərin xatirələri, söz və davranışları onlar üçün canlanardı”.

Tarix : 2016-10-23Baxış sayı : 173