background img
banner

İmam Zeynəlabidini sarsıdan hadisələr

Increase text size Decrease text size

İmam Zeynəlabidin Nöman ibn Münzir Mədainiyə belə buyurdu: Şamda yeddi zülm bizə edildi ki, əsir düşdüyümüz müddət ərzindən bu cür zülm bizə edilməmişdi: 1) Şamda zalımlar qılıncları ilə bizə hücum etdilər. Davul çaldıqları halda böyük bir toplumun arasında bizi gözlətdilər; 2) Şəhidlərin başlarını xanımlarımızın kəcavələri arasına soxdular. Atam və əmmim Abbasın başlarını xalam Zeynəb və Ümmü Gülümün qarşısına, qardaşım Əli və əmim oğlu Qasimin başlarını isə bacılarımın gözləri önünə gətirdilər. Bəzən başlar yerə düşüb atların nalları altında qalırdı; 3) Şamın qadınları damların üzərindən başımıza su və od tökürdülər; 4) Gün çıxandan batana qədər küçə və bazarda musiqi aləti və avazla xalqın gözləri qarşısında bizi gəzdirib deyirdilər: “Ay camaat, bunları öldürün; çünki bunların İslamda heç bir ehtiramı yoxdur”; 5) Bizi tavanı olmayan bir yerdə saxladılar. Gündüzləri aclıqdan,gecələri isə soyuqdan narahatdıq. Daim qorxu və iztirab içərisində idik; 6. Bizi qul satılan bazara apardılar. Bizi kölə və kəniz kimi satmaq istədilər. Ancaq Allah-taala bu əməli onlara mümkün etmədi; 7. Bizi bir ipə bağladılar. Beləcə, yəhudi və xaçpərəstlərin evlərinin önündən keçirərkən onlara deyirdilər: “Bunların babası sizin babalarınızı Xeybər, Xəndək və s. döyüşlərində öldürüblər. Bu gün onların intiqamını bunlardan alın!”

 

Tarix : 2016-10-23Baxış sayı : 103