background img
banner

Nə üçün Allah Quranda and içmişdir? (Birinci hissə)

Increase text size Decrease text size

Belə iddia edirlər ki, əgər Allah haqlıdırsa nə üçün and içib durur? Niyə dəfələrlə insanları inandırmağa çalışır ki, məsələ dediyi kimidir? Allahın and içməsinə nə ehtiyac var?
İndi isə gəlin qısa bir araşdırma aparaq və görək ki, edilən tənqid haqlıdırmı, ya yox?!
Quranda yüzdən artıq, müxtəlif ifadələrlə and içilmişdir ki, bu andlar qırxdan artıq surədə mövcuddur. Allahın içdiyi andın hikmət və fəlsəfəsinə diqqət etməzdən öncə, müqəddimə olaraq, Allahın and içdiyi yerləri nəzərdən keçirməliyik. Bu yolla da ilahi andların hikmət və fəlsəfəsindən bir sıra işlər bizim üçün aydın olmuş olacaqdır.

Allahın Quranda içdiyi andlar
1. Öz adına and içməsi 
Allahın Öz adına and içmə məsələsi özü bir neçə qismə ayrılır: 
a) Elçiləri göndərmək barədə and
"Nəhl" surəsinin 63-cü ayəsində Allah-taala Öz müqəddəs zatına and içmişdir ki, bütün atributları özündə cəm edir. "Allaha and olsun ki, biz səndən öncə ümmətlərə (elçilər) göndərmişik". And içmək və bu andın məqsədi odur ki, ilahi elçilərin göndərilməsi höccətin tamamlanmasıdır ki, bu olmadan heç bir ümmət əzaba düçar ola bilməz.
b) Ruzinin vəd verilməsinə dair içilən and
Allah-taala "Zariyat" surəsinin 22 və 23-cü ayələrində göylərin və yerin Rəbbinə and içmişdir ki, bununla insanların ruzilərinin vədəsinə, həmçinin Cənnət vədinə dair təkid olsun. Səmavi ruzi dedikdə yağış, günəş, ay, ulduzlar və bütün varlıqlar nəzərdə tutulur ki, bəşəriyyətin qalması və mövcudluğu ondan asılıdır. (Əl-Mizan)

2. Peyğəmbərin canına and içməsi
Allah-taala "Hicr" surəsinin 72-ci yəsində Peyğəmbərin canına and içir. Belə ki, ondan özgə heç kəsin canına and içməmişdir. Bu rəftar isə o həzrəti böyük tutmağa görədir. (Kəşşaf təfsiri)
Bu əzəmətlə içilən andın əhəmiyyət və dəlili qövmün məstliyinə görədir ki, qəflət və şəhvətlər sərgərdanlığındadırlar. Birdən ilahi əzab onları yaxalayır və onları həlakətə sürükləyir. (Əl Mizan)

3. Qurana and
Allah-taala bir neçə ayədə Quranın özünə və onun müxtəlif xüsusiyyətlərinə and içmişdir. "Şanlı Quran" ("Qaf", 1); Zikr sahibi ("Sad", 1); Mubin (açıq-aydın) ("Duxan", 2); Həkim (hikmətli) ("Yasin", 2) kimi ifadələr bu andlara daxildir.

4. Mələklərə and
Quranın müxtəlif surələrində müxtəlif xüsusiyyətlərlə mələklərə and içilmişdir ki, mələklərin varlıq aləmindəki məmuriyyətinin yönlərindən xəbər verir. Məsələn, "Naziat" surəsi, 5-ci ayəyə qədər.
Bu ayələrdə mələklərə and içilir ki, ilahi əmrə boyun əymişlər, aləmin tədbiri onların əlindədir. Onlar Allahın icazəsi ilə öz öhdəçiliklərini icra edirlər və s.(ətraflı bax: Əl-Mizan)

5. İnsana and
İnsanın özünə (canına) ("Şəms", 7), ata və övladına (İbrahimə və oğluna) ("Bələd", 3) və s. and içilmişdir.

6. Tövşüyə-tövşüyə qaçan atlara and
Bu barədə "Adiyat" surəsi 1-3-dək olan ayələrdə qeyd olunmuşdur. Allah bu andlarla istəyir ki, bizi cihad, onun İslamda olan ali mövqeyi və fövqəladə dəyərindən agah etsin ki, bu yolla insanlar zillət və alçaqlığı özlərindən uzaqlaşdırsınlar və izzət və əzəmətlərini dünyanın üzünə çəksinlər.

Ardı var...
Hazırladı: Fərid Abdullah.

Tarix : 2016-10-23Baxış sayı : 157