background img
banner

Övladlarımıza söylədiyimiz yalanlar

Increase text size Decrease text size

Canını qurtarmaq yalançılığın bir başqa amillərindəndir

Yalanın amillərindən biri başqa birisinin əlindən canını xilas etməkdir. Məsələn, övladımız bizə deyir ki, o oyuncağı istəyirəm. Biz də deyirik ki, satılıq deyil.

Yaxud qızımız filan gəlinciyi istəyir. Biz isə deyirik ki, cərəyan vurar.

Yaxud şuluq salan övladlarımıza deyirik ki, filankəs gəlib səni aparacaq. Haluki belə bir şey yoxdur.

Yaxud onların verdiyi suallara cavab verməyə hövsələmiz çatmır və deyirik ki, bilmirəm.

Bu cür misalları uzada bilərik...

Abdullah ibn Amir deyir: Bir gün anam Peyğəmbəri evə dəvət etdi. Mən orada durmuşdum. Anam (hansı ki, mənim orada olmağımı istəmirdi) məni çağırdı və dedi: Abdullah, bura gəl, sənə bir şey verəcəyəm.

Peyğəmbər dedi: “Ona nə vermək istəyirsən?”

Dedi: Ona xurma vermək istəyirəm.

Allah Rəsulu buyurdu: Bil ki, sən əgər ona heç nə verməsən, sənə yalan yazılacaq

Mənbə: “Kənzül-Ummal fi Sünənil-Əqval vəl-Əf`al”, c.3, s.1137, h.3243.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-24Baxış sayı : 1700