background img
banner

Namazın axirət təsirləri

Increase text size Decrease text size

İlahi ayələrdə namazın təsirləri (namaza diqqət göstərmək, yaxud diqqətsizlik)
1. Allahın – Öz bəndəsini yad etməsi
Allah “Taha” surəsində buyurur: “Zikrim (Məni yad etmək üçün) üçün namazı yerinə yetir”. Namaz Allahı zikr etmək və onu xatırlamaqdır. Bu ayə “Elə isə, məni yad edin ki, mən də sizi yad edim...” ayəsi ilə yanaşı təfsir olunduqda, belə bir nəticə çıxır ki, bəndə Haqqı xatırladıqda, Haqq da onu yad edər. 
Təfsir alimləri “Elə isə, məni yad edin ki, mən də sizi yad edim” ayəsinin altında “Bəndələrin yad etməsindən məqsəd nədir?” sualına izah tapmağa çalışmış və fərqli fikirlər səsləndirmişlər. Onlardan bəzilərinə işarə edirik:
a) Məni dünyada yad edin ki, mən də sizi başqa aləmdə yad edim.
b) Məni dua edərək yad edin ki, mən də duanızı qəbul etməklə sizi yad edim (Bu qəbul etmə həm dünyada, həm bərzəx aləmində, həm də Qiyamət günü bəndəyə nəsib ola bilər)
c) Məni nemət bolluğunda yad edin ki, mən də sizi sıxıntı zamanı yad edim (Bu sıxıntı ümumi anlamdadır)

2. Böyük şəfaət məqamına nail olmaq
Allah-taala “İsra” surəsinin 79-cu ayəsində Allah Rəsulunun vücuduna xitab edərək buyurur: “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd, gecə) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!”
Deməli, bu ilahi proqramın səmərə və nəticəsi bəyənilən məqama çatmmaqdır. Bir sıra rəvayətlər ayənin altında bəyənilən məqamı böyük şəfaət məqamı kimi təfdir etmişdir ki, Allahın Rəsulu Qiyamət günü həmin məqamda qərar tutacaqdır

3. İlahi mükafata yiyələnmək və kamil aramlığa nail olmaq
“Bəqərə” surəsinin 277-ci ayəsində Allah-taala buyurur: “Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. 
İman gətirmək, saleh əməl görmək, namaz qılmaq və zəkat verməksə iki mükafata layiq görülmək vardır:
a) İlahi mükafata malik olmaq
b) Kamil aramlığa nail olmaq. Belə ki, bu aramlıqda heç bir iztirab və qəmginlik yoxdur.

Namazın Bərzəx aləmində də təsirləri vardır:
4. Qəbir vəhşətlərinin dəf olunması
Allah Rəsulu buyurmuşdur: “Namaz ağ çöhrəli insan surətində meyitin qəbrinə daxil olar, onunla ünsiyyət qurar və Bərzəx vəhşətlərini ondan bərtərəf edər”.

5. Qəbirdə insanın munisi
Allah Rəsulu buyurmuşdur: “Namaz (namaz qılan üçün) qəbirdə munisdir, onun altında yaxşı bir fərşdir, Nəkir və Münkir üçün namazqılanın cavabıdır”.

6. Qəbirdə mələklərin insanla görüşməsi
Allah Rəsulu buyurmuşdur: “Camaat namazında iştirak etmək niyyətində olan və məscidə sarı addım atan kəsə Allah-taala atdığı hər bir addımı müqabilində ona yetmiş min yaxşılıq mükafat verər, həmin ölçüdə onun dərəcəsini ucaldar. Əgər belə bir halda ölsə, Allah-taala yetmiş min mələyi ona məmur edər ki, qəbirdə onun görüşünə getsinlər, ona müjdə versinlər və qəbrin tənhalığında ona munis olsular və beləcə, Qiyamət gününədək onun üçün bağışlanma diləsinlər”.

7. Qəbir vəhşətindən xilas olmaq
İmam Baqir buyurmuşdur: “Rükusu tamam və kamal olan kəs heç vaxt qəbir vəhşətinə düçar olmaz”.

Namazın Qiyamətdə olan təsiri
8. Namaz sayəsində digər əməllərin qəbul olunması
Həzrət Əli “Nəhcül-Bəlağə”də buyurur: “Hər bir əməl namazın arxasındadır (ardınca gəlir). Bu üzdən digər əməllərin ucalması sair namazların sayəsində müyəssər olur”. Əgər o qəbul olsa, ondan savayı olanlar da qəbul edilər. Yox əgər rədd edilsə, ondan başqaları da rədd olunar”.

Tarix : 2016-10-24Baxış sayı : 121