background img
banner

Həzrət Zeynəbin (s) qəbri haradadır?

Increase text size Decrease text size

Bu barədə tarixçilər arasında ixtilaf var...

Həzrət Zeynəb (s) Kərbəla hadisəsindən sonra bir an da olsa, susmadı və inqilabın hədəflərini yaydı.

Bundan qorxuya düşən Üməyyə hakimiyyəti həzrət Zeynəbi (s) Mədinədən sürgün etmək qərarına gəldi. Amma hara sürgün olunması barədə iki fikir var:

1. Misrə sürgün edilib və Kərbəla hadisəsindən sonra 1 il 6 ay yaşayan həzrət Zeynəbin qəbri Qahirədədir. Hicrinin 62-ci ili Rəcəb ayının 15-də vəfat etmişdir. (Məhəllati "Rəyahin əş-Şəriə", 3/34; Sadiq Ərdistani, "Qəhrəmane Kərbəla", s.398);

2. Şama sürgün edildi və vəfatından sonra Dəməşqin bir fərsəxliyində Raviyə məhəlləsində dəfn edildi. Bu gün Zeynəbiyyə adı ilə məşhurdur. (Seyid İbrahim Zəncani, "Vəsilətud-dareyn", s.433; "Rəyahin əş-şəriə", 3/37);

3. Bəziləri də deyir ki, həzrət Zeynəb (s) Mədinədə Bəqi qəbiristanlığında dəfn edilibdir.

Seyyid Möhsin Əmin (Ə`yanuş-şiə) və Məhəllati (Rəyahin əş-Şəriə) və Əllamə Bircəndi (Kibrite Əhmər) bu fikrin tərəfdarlarıdır.

Bəziləri deyibl ki, Şamda məşhur qəbir, əslində Ümmü Gülsüm adlı bir xanıma aiddir ki, o da Əhl-beytdəndir,yaxud Müslim ibn Əqilin xanımıdır.

Bəziləri deyir ki, Misrdə məşur qəbir isə, əslində İmam Səccadın (ə) nəvəsi Zeynəb bint Yəhyadır, yaxud İmam Həsənin (ə) nəslindən olan Zeynəb bint Həsən ibn Zeydindir.

P.S: Məkan fərq etmir, harada Zeynəbi (s) yad etsən, o xanımı ziyarət etmiş sayılırsan. Doktor Cəfər Şəhidi deyir ki, həzrət Zeynəbin (ə) qəbrini şəhərlərdə axtarma, onun məzarı ariflərin qəlbidir! (Həzrət Fatimənin (s) həyatı, Seyid Cəfər Şəhidi, s.262).

P.P.S: Qədimdən ən çox Şamın bu adla məşur olması, insanların bu müqəddəs məzardan gördükləri kəramətlər və aldıqları şəfalar göstərir ki, həmin müqəddəs xanımın pak məzarı elə Əhl-Beyt (ə) düşmənlərinin ürəyinin başında (şam) qazılmış məzardır!

Hazırladı: Mirməhəmməd Bəşir

Tarix : 2016-10-25Baxış sayı : 130