background img
banner

Bəndələrin yerinə yetirdiyi əməllərin ən çətini

Increase text size Decrease text size

İmam Baqir (ə) buyurur: "3 əməl var ki, bəndələrin yerinə yetirdiyi əməllərin ən çətinidir:

1. "İnsaful momini min nəfsihi - انصاف المؤمن من نفسه – Başqası ilə öz arasında insaflı olsun" – Yəni iş o yerə çatıb ki, ya HAQQ üçün özünü ayaqlamalıdır, ya da özü üçün HAQQı. Mömin odur ki, özünün əzilməsinə və kiçilməsinə belə səbəb olsa, haqqı etiraf etsin.

2. "Və muvasatul-mər`i əxahu" - و مواساة المرء اخاه - Mömin qardaşına bacardığı bütün işlərdə kömək etmək, onun işinə yarımaq" – Yəni insan özünə vəzifə bilsin ki, bacarıramsa, mömin qardaşıma (dostla, qeyri-dost arasında fərq qoymadan) fikri, elmi, fiziki, mənəvi, maddi gücümdən və abrımdan istifadə edərək kömək etməliyəm.

3. "Və zikru ALLAH əla kulli halin" – و ذکراللَّه علی کل حال – Və bütün hallarda Allahı zikr etmək".
İmam (ə) hədisin davmında bu sözü özü təfsir və izah edir:

"Və huvə ən yəzkurullahə indəl-mə`siyətin yəhummu biha" – Və zikr budur ki, insan günaha tərəf getdiyi zaman Allahı yadına salıb, o günahı tərk etsin". Yəni təkcə dildə "Allah, Allah" deməklə deyil, əgər dildə dediyin sənin gözünü naməhrəmdən döndərirsə, bu zikrdir, əks halda özünü istehza edibsən.

Sonra İmam (ə) hədisin davamında buyurur:
فیحول ذکر اللَّه بینه و بین تلک المعصیة و هو قول اللَّه عزّوجل «انّ الذّین اتّقوا اذا مسّهم طائف من الشّیطان تذکّروا فاذا هم مبصرون».

"Nəticədə, Allahı zikr etmək insan və günah arasında fasilə salsın. Və bu söz həmin ayənin mənasıdır ki, Allah-Taala buyurur: Şeytan təqvalılara sürtüşdüyü zaman (yəni şeytanın vəsvəsəsi hələ ruha hopmamışdan) tez Allahı zikr edərlər və oyanıb özlərinə gələrlər (ki, bu nə işdir Allah qarşısında görmək istəyirəm?)".

 

Hazırladı: Mirməhəmməd Bəşir

Tarix : 2016-10-25Baxış sayı : 85